ArxivXəbər lentiXəbərlər

Azərbaycanla İran arasında elektron təhlükəsizliyin səviyyəsi artıb Böyüt

Azərbaycan və İran arasında əldə olunan son razılaşmadan sonra elektron təhlükəsizliyin səviyyəsi artıb.

Bunu APA-nın İran bürosuna İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini Məhəmmədcavad Azəri Cəhromi deyib.

O bildirib ki, İran və ya Azərbaycanın telekommunikasiya infrastrukturuna haker hücumu olsa, iki ölkənin “SERT” (telekommunikasiya sahəsində təhlükəsizlik yardımları mərkəzi) mərkəzləri buna dərhal reaksiya verir.

M. Cəhromi əlavə edib ki, iki ölkə elektron təhlükəsizlik sahəsində önəmli addımlar atıb, bu sahədə əməkdaşlıq dərinləşir: “Bu gün İrana tranzit internet xəttinin böyük hissəsi Azərbaycandan keçir. Elektron təhlükəsizlik sahəsində əməkdaşlıq həm tranzit, həm də digər sahələri əhatə edir və bu çox önəmli məsələdir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button