ArxivXəbərlər

Azərbaycanla bağlı korrupsiya qalmaqalı Avropa mediasında

Azərbaycanla bağlı korrupsiya qalmaqalı Avstriya mediasının gündəmində…

Avstriya Mərkəzi Bankının sabiq rəhbəri Azərbaycandan alınan pulun 20 faizinin aqibəti barədə suala necə reaksiya verib?
“Azadlıq”ın ötən sayında xəbər vermişdik ki, Avstriya mətbuatında Azərbaycan Mərkəzi Bankının bu ölkədə pul çapı ilə bağlı korrupsiya qalmaqalı barədə növbəti yazı dərc olunub. “Der Standard”ın bu mövzuda yayımladığı məqaləni tərcüməsini təqdim edirik.
Xatırladaq ki, hazırda bu korrupsiya qalmaqalı Vyana məhkəməsində araşdırılır. Pul əskinaslarının çapına Nəzarət Idarəsi hələ 2007-ci ilin sonundan korrupsiya mövzusunu ortaya çıxarsa da, “Causa OeBS” (Avstriya Mərkəzi Bankının pul əskinaslarının çapı ilə məşğul olan törəmə şirkəti) bu məsələ ilə yalnız 2011-ci ildə maraqlanmağa başladı. Cümə axşamı “Causa OeBS”-də rəsmi müzakirə keçirilsə də, korrupsiya qalmaqalında adı keçən Azərbaycan Mərkəzi Bankı ilə planlaşdırılmış videokonfrans baş tutmadı. Çünki Bakıdakı rəsmi nümayəndə hakim Rixter Olşakaya “Biz heç bir video-konfrans planlaşdırmamışıq” cavabını verib.
Məhkəmənin rəsmi qərarı avqustun 5-də elan ediləcək. Avstriya Milli Bankı və onun tabeçiliyində olan Causa OeBS-nin işini daha dərindən araşdırmağa ehtiyac qalmır. Bankın sabiq meneceri və Volfqanq Duxatçek (OeBS-nin keçmiş icraçı direktoru və Avstriya Milli Bankının sədr müavini) Azərbaycan və Suriya ilə müqaviləyə görə rüşvət almaqda ittiham olunurlar. Üç sabiq menecerin üzərindən ittiham götürülərək, günahsız olduqları təsdiqlənib.
Avstriya Mərkəzi Bankının keçmiş direktoru və OeBS-nin Nəzarət Komitəsinin rəhbəri Piter Zöllner məhkəmədə şahid qismində iştirak edib. Sual ondan ibarətdir ki, bu insanların komissiya ödənişi adı altında təkrar-təkrar aldıqları rüşvət xarakterli ola bilərdimi?
Zöllner həmçinin 2007-ci ildə “Siemens” firmasının ətrafında baş verən korrupsiya qalmaqalını yada saldı və OeBS probleminin böyüyərək “Siemens” konfliktinə çevrilə biləcəyini vurğuladı. O zaman da media bu mövzu ilə bombardman edilmişdi. Azərbaycanla müqavilədən 20 faiz komissiya alınması mövzusuna gəlincə, Avstriya Mərkəzi Bankının sabiq direktoru sualdan yayındı. Təxminən 2008-ci ildən Azərbaycan üçün “ikiqat” məbləğin tətbiqi barədə məlumatlandırıldığını dedi. Zöllner tərəfindən məhkəməyə təqdim olunan 2005-ci ilə aid nəzarət protokollarında konkret olaraq 16 milyon avro məbləğində kontrakt göstərilmişdi ki, bu kontraktın komissiyası 2,8 milyon avro təşkil edib.
“Mən müvafiq bank faizlərini bu məbləğdən çıxmamışam. Dediyim kimi, söhbət 10 ilə 20 faiz arasında bir məbləğdən gedir”, – deyə hazırda Isveç Bankında çalışan Zöllner qeyd edib./azadliq.info/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button