AktualAktualArxivXəbər lentiXəbərlər

Azərbaycanın İqtisadiyyat və Sənaye naziri 100 nəfərlik heyətlə Ərdəbilə səfər edəcək

Ərdəbilin valisi deyib: Gələn iki həftə ərzində Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye naziri 100 nəfərlik heyətlə Ərdəbilə səfər edəcək.
Qafqaz Mədəniyyət Mərkəzi – Bu gün Xətayi salonunda keçirilən “Foto və İnfoqrafiya” sərgisinin yekun mərasimində Ərdəbil əyalətinin valisi Məcid Xudabəxş deyib: “Ölkədə sayca 11-ci dövlətin iş başına gəlməsindən sonra investorların Ərdəbil əyalətində fəaliyyəti üçün imkanlar yaranmışdır. Ərdəbildə azad zona və Aslanduz quru yük limanının yaradılması ilə əyalətdə daha çox sərmayə qoyuluşunun və iqtisadi dəyişikliklərin şahidi olacağıq”.
Vali əyalətin qonşu ölkələrlə ticarət səfərləri və əməkdaşlıqlarının genişlənməsini də xəbər verərək vurğulayıb: “Ərdəbil əyalətinin ticarət sahəsinin genişlənməsi istiqamətində gələn iki həftə ərzində Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye naziri iş adamları və investorlardan ibatət olan yüz nəfərlik heyətlə Ərdəbilə səfər edəcək. Səfər çərçivəsində Azərbaycan İqtisadiyyat və Sənaye naziri və ölkəmizin rabitə və informasiya texnologiyaları naziri iki ölkənin müştərək komissiyasının həmsədrləri olaraq investisiya və iqtisadi sahələr məsələləri barədə müzakirələr aparacaq və anlaşma memorandumu imzalayacaqlar. Bu məsələ Ərdəbil əyalətinin inkişafını üçün zəminə yaradacaq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button