ArxivXəbər lentiXəbərlər

Azərbaycanın hakimiyyəti ilə cəmiyyəti arasında din və mədəniyyət keşməkeşləri bu ölkədə şiddətli kimlik böhranını göstərir

Gülüstan və Türkmənçay müqavilələri İran üçün ağır milli təhqir və faciə olmaqdan əlavə, digər milli təhqirlərin də başlanğıcı idi. Bunun ardınca biz istismarçılar tərəfindən 1907, 1915, 1919, Tənbəki və Paris kimi digər zalımcasına müqavilələrin qəbul etdirilməsinin şahidi olduq.

Qafqaz mədəniyyət mərkəzi– Gülüstan və Türkmənçay müqavilələrinin əks-sədası və nəticələri ilə bağlı birinci milli konfrans cümə axşamı universitet müəllimlərinin, tədqiqatçıların və Qafqaz regionu məsələlərinə maraqlı olanların iştirakı ilə Araz Azad Zonasında keçirildi.

Konfransın ikinci elmi toplantısında Qafqaz və Azərbaycan məsələləri üzrə ekspert doktor Məhəmmədrza Kəffaş Cəmşid “Gülüstan və Türkmənçay müqavilələrinin nəticələri” mövzusunda çıxış edib. Ekspert qeyd olunan müqavilələrin İran üçün ağır və xoşagəlməz nəticələrindən söz açaraq deyib: “Gülüstan və Türkmənçay müqavilələri ağır milli təhqir və faciə olmaqdan əlavə, digər milli təhqirlərin başlanğıcı idi. Bunun ardınca biz istismarçılar tərəfindən 1907, 1915, 1919, Tənbəki və Paris kimi digər zalımcasına müqavilələrin qəbul etdirilməsinin şahidi olduq”.

Ekspert əlavə edib: “Bu müqavilələrin imzalanmasından qabaq İran bir qüdrət, böyük bir ölkə və məğlubedilməz sayılırdı. Ancaq Qafqazda məğlubiyyətindən sonra beynəlxalq və region səviyyəsində onun heybət və iqtidarı zəiflədi”.

Doktor M. Kəffaş Qafqaz və onun müsəlmanlar yaşayan ərazilərində, xüsusilə də bugünləri Azərbaycan Respublikası adı altında öz müstəqilliyini elan etmiş bölgələrində əsaslı dəyişikliklərin, tarixi və mədəni ziyanların vücuda gəlməsini, İran idarə üslubunun yerinə yeni idarə quruluşunun yaranmasını, ərəb və iranlı əlifbanın qadağan olunmasını, məscidlərin, elmi hövzələrin, dini mədrəsələrin qapadılmasını, minlərlə şair, alim və müctəhidin qətlə yetirilməsini və sürgün edilməsini bu müqavilələr üzündən baş verən hadisə və dəyişikliklər adlandırıb.

Qafqaz məsələləri üzrə ekspert çıxışının digər hissəsində deyib: “İranın Qafqaz ərazilərinin işğal edilməsindən sonra Bakı, Gəncə, Naxçıvan və İravan kimi böyük şəhərlər öz həqiqi və əsl kimliyini itirdi. Bu şəhərlər İran-İslam mədəniyyətinin, şiə maarifinin, fars şeri və ədəbiyyatının mühüm mərkəzlərindən sayılırdı”.

Kommunistlərin hakimiyyəti zamanı Qafqazın vəziyyətindən söz açan ekspert vurğulayıb: “Həmin dövrdə də Qafqaz xalqının əsl və həqiqi kimliyi, xüsusilə də müsəlmanların dini kimliyi şiddətli hücuma məruz qaldı və din xalqın tiryəki kimi tanıdıldı”.

Doktor Kəffaş çıxışının davamında SSRİ-nin parçalanması, onun yerində bir neçə ölkənin, o cümlədən Azərbaycan Respublikasının təsis edilməsinə işarə edərək deyib: “Azərbaycan Respublikası əhalisinin 85 faizi şiədir. Müstəqillikdən sonra bu ölkə hakimiyyəti əhalinin əsl və həqiqi kimliyinə diqqətsizlik göstərdi və bu üzdən ölkədə kimlik böhranı yarandı. Belə ki, xalq şiə maarifi və dini təlimlər əsasında öz əsl kimliyinə qayıtmağın tərəfdarıdır. Bugünləri bu tələblər aşkar şəkildə özünü göstərməkdədir. Hakimiyyət və xalq arasında din və mədəniyyət sahəsində yaranmış keşməkeşlər bu ölkədə şiddətli kimlik böhranının göstəricisidir”.

Çıxışının sonunda Azərbaycan hakimiyyətinin bir sıra islamofobiya addımlarına toxunan ekspert deyib: “Məscidlərin dağıdılması və qapadılması, dini mərasimlərin təşkilinə ciddi məhdudiyyətlərin yaradılması, hicabla mübarizə və onun dövlət və təhsil mərkəzlərində qadağan olunması, şiə qruplarının fəaliyyətinə lisenziya verlməməsi, islamçıların və din alimlərinin həbs edilməsi, qorxulu zindanlara salınması və onlara qarşı işgəncələr, şiə məzhəbinə aid kitabların nəşr olunmasına qadağa qoyulması Azərbaycan hökumətinin anti-din hərəkətləri sırasındadır”.

Doktor Kəffaş Cəmşid Azərbaycan hakimiyyətinin anti-İran hərəkətlərinə də işarə edərək deyib: “Tarixi təhrif etmək, diasporla iş üzər dövlət komitəsi, dünya azərbaycanlıları konfransı, demokrat firqəsi, vahid Azərbaycan birliyi kimi təşkilatları himayə etmək, İranın sionist rejim kimi düşmənləri ilə münasibətləri genişləndirmək Azərbaycan hakimiyyətinin anti-İran hərəkətlərindən sayılır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button