ArxivXəbərlər

Azərbaycanda siyasi girovlar

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansdan AŞPA-ya ilginc müraciət

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının növbəti iclası keçirilib. İclasda siyasi məhbuslarla bağlı vəziyyət, Alyansın qarşısında duran vəzifələr və digər məsələlər müzakirə olunub. İclasda son zamanlar siyasi məhbuslarla bağlı keçirilən məhkəmələrdə onlara fantastik səviyyədə absurd cəza verilməsi, hökümətin siyasi məhbus problemini həll etmək əvəzinə ictimai- siyasi fəaliyyətinə görə yeni- yeni insanları həbsə atması birmənalı şəkildə pislənilib.
AŞPA- nın Azərbaycanla bağlı siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin edilməsi, problemin həlli istiqamətində rəsmi Bakıya təsir vasitələrinin gücləndirilməsinə dair Alyans adından qurumun üzvlərinə müraciət qəbul olunub. İclasda “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının qarşıdakı dövr üçün Fəaliyyət Planımüzakirə edilib və qəbul olunub.
Alyans üzvləri həmçinin Azərbaycanda siyasi məhbuslarla yanaşı hakimiyyətin repressiyasına məruz qalıb, fəaliyyəti məhdudlaşdırılan və nəzarət altında saxlanılan, ölkədən çıxşına yasaq qoyulan siyasi girovların mövcudluğuna diqqət çəkərək problemin ictimailəşdirilməsi və həlli istiqamətində müəyyən addımların atılması, yaxın gələcəkdə bu istiqamətdə ictimai dinləmələrin keçirilməsinə qərar veriblər.
İslada Alyans daxili məsələlər də müzakirə edilib. Alyans üzvü Elşən Həsənovun öz başına Alyans adından çıxışlar etməsi, bəyanatlar verməsi, eləcə də Penitensiar Xidmətin rəisi Mədət Quliyevə müraciət edərək ondan görüş istəməsi pislənilib, onun bu addımı özfəaliyyət kimi qiymətləndirilib. Özbaşına fəaliyyətə yol verməməsi üçün ona xəbərdarlıq edilib./cumhuriyyet/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button