ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycanda şiələrə qarşı repressiyanın yeni dalğası başlandı

Azərbaycan Respublikasında son on gün ərzində dini inanclı şəxslərin növbəti həbs dalğasının başladığı bildirilir. Meydan TV-nin əldə etdiyi məlumata görə, paytaxtda və bölgələrdə onlarla inanclı həbs olunub.
Həbs olunanlar arasında Lənkərandan ruhani Rövşən Şərifov, Sakit Məmmədov, Neftçaladan Ramin Babayev, Göyçaydan Nəsrəddin Nəsirov, Gəncədən Ceyhun Sayadov, Astaradan Eyvaz Baxşıyev, Bəxtiyar Məmmədov və başqaları var.
Həbs olunanlardan birinin yaxınları Meydan TV-yə bildirib ki, müttəhimlərin hamısına qarşı narkotik ittihamı irəli sürülüb.
Həmçinin qeyd olunur ki, son vaxtlar Müsəlman Birliyi Hərəkatının daha üç üzvü həbs olunub. Təşkilatdan Meydan TV-yə verilən məlumata görə, hazırda birliyin sədri Taleh Bağırzadə də daxil olmaqla, hərəkatın 67 nəfər üzvü həbsdədir.
Hərəkat yeni həbs dalğasını dini inanclı fəallara qarşı təmizləmə siyasəti hesab edir.
Hərəkatın həbsdə olan üzvlərindən biri Azad Kərimova fevralın 27-də hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyilə çıxarılan hökmə əsasən, Azad Kərimov 3 il 6 ay azadlıqdan məhrum edilib.
2023-cü il yanvarın 30-da həbs olunan inanclı fəala qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) və 167-3 (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddələrilə ittiham irəli sürülmüşdü.
Cinayət işində iddia olunur ki, Azad Kərimovdan 13,9 qram heroin və dini ədəbiyyat tapılıb.
Azad Kərimov bildirib ki, ittiham saxtadır, dini inanclı şəxslərə qarşı repressiya çərçivəsində şərlənərək həbs olunub.
O, son sözündə deyib ki, özü dindardır, evində də dini kitab olub və həmin kitabı ekstremist material kimi qələmə vermək absurddur.
Bununla belə Azad Kərimova həm narkotik, həm də ekstremist materiallar saxlama ittihamlarıyla ümumilikdə 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.
Hüquq müdafiəçiləri son ilyarım ərzində ölkədə 500-dən artıq dini inanclının həbs olunduğunu bildirir. Həbs olunanların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. Lakin onlar özlərini təqsirli bilmir, saxta ittihamla cəzalandırıldıqlarını deyirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button