ArxivXəbər lentiXəbərlər

Azərbaycanda Rüstəm İbrahimbəyov, Türkiyədə Mətin Akpınar – bizdə niyə alınmır?

Bizdə 2013-cü ildə kino-rejissor Rüstəm İbrahimbəyov meydana çıxmış, müxalif mövqe nümayiş etdirib müxalifətin qurulmasına, birləşməsinə, seçkilərə vahid namizədlə getməsinə nail olmuşdu. Ondan sonra isə öz yerini tarixçi-professor Cəmil Həsənliyə verib siyasətdən deyəsən elə birdəfəlik getdi. Amma elə onun vaxtlarında onun özünü, daha sonra isə Cəmil Həsənli vahid namizəd olanda onu qınamağa başladılar. YAP-ın bütün günü boşboğazlıq edən məddahları ortalığa düşüb hər vəchlə incəsənət adamının, ziyalının siyasətə qarışmamalı olduğunu təhtəl-şüur təbliğ etməyə çalışırdılar. Əlbəttə bədbəxtlər o qədər qafil idilər ki, özlərinin, hətta prezidentin, Heydər Əliyevin belə ziyalı olduqlarını unudurdular. Ya özlərini cahil hesab edirdilər və ziyalı kimi görmürdülər, ya da öz siyasətlərini siyasət yox xəyanət hesab edirdilər. Hər halda tarix qarşısında özləri cavab verəcəklər.
Bu gün qonşu Türkiyədə sanki bizim Rüstəm İbrahimbəyov kimi bir adam peyda olub. Bu ad – Mətin Akpınardır. Özü Atatürk ideallarını yaşadan adamdır. Ünlü (məşhur) aktyordur, gülüş ustasıdır. Elə bu gün əleyhinə danışdığı Ərdoğan da bəlkə gənclik yaşlarında Mətin Akpınarın baş rol oynadığı komik filmlərə baxa-baxa böyüyüb. İndi isə Mətin Akpınar Ərdoğana meydan oxuyur.
Mətin Akpınar həm də dünyəviliyin, sekularizmin, laikliyin tərəfdarı olduğu üçün, Ərdoğan da Türkiyədə dindar kimi tanındığı üçün bir az daha çox onun üstünə getməyə çalışır. Doğrusunu Allah bilir. Bizə bilinən isə odur ki, hansısa aktyorun, incəsənət adamının, ziyalının siyasətə qarışmasının məqbul olması bir daha sübuta yetdi.
Mətin Akpınar bir tədbirdə Türkiyəyə demokrasinin (demokratiyanın) gəlməli olduğunu bildirib. Yüzlərlə insan, atatürkçü də onu alqışlayıb. Ərdoğanın da ünvanına bəlkə asılacaq, kəsiləcək, həbs ediləcək kimi ifadələr işlədib. Ərdoğan da bunu eşidib və öz tədbirində yüzminlərin önündə Mətin Akpınarın ünvanına “bir dövlətin başçısını dar ağacına çəkirsiniz, indi gedin polisə ifadə verin” deyib. Məsələ bununla da bitib. Əlbəttə hələ ki. Düzdür Ərdoğan prezident olsa da Mətin Akpınar da həm savadlıdır, həm də minlərlə sevəni, izləyəni, dinləyəni, pərəstişkarı vardır.
Mətin Akpınar təqribən Rüstəm İbrahimbəyov yaşlarında, onun çəkisində bir kişidir. Onun kimi məşhur və incəsənət adamıdır. Amma nə üçün Türkiyədə alınan şey bizdə alınmır. Düzdür, İbrahimbəyov Akpınara nisbətdə iriçaplı iş gördü. İllərin barışmayan müxalifətini – hərə bir vedrə bağlasa da – nəhayətdə qurdu və tarixə düşdü. (Hər halda zahirən bu, bu gün belə bilinir) Mətin Akpınarda belə bir potensial deyək ki, hələ ki, yoxdur. Amma onun arxasında dayanan xalq, dəstəkləyən insanlar vardır.
Bu gün baxsanız Mətin o çıxışından sonra əmniyyətdə (polisdə) ifadə verib qayıdıb. Heç bir şey olmamış kimi həyatına davam edir. Amma Türkiyədə. İbrahimbəyovdan fərqli olaraq Rusiyada deyil. Öz vətənindədir. Heç bir televiziya kanalları da bizim AZTV və sair kanallar, əlaltı saytlar və qəzetlər kimi onun şəxsiyyətini ləkələmir. Başqa sözlə desək kişi kimi mübarizə aparmaq fikrindədirlər.
Bəs bizdə nə üçün alınmır. Nəyimiz çatmır? Türkiyədən nəyimiz əksikdir. İbrahimbəyovun Akpınardan nəyi çatmır. Yeri gələndə İbrahimbəyov Mətin Akpınardan da şöhrətli bir isimdir.
Məlumdur, bizdə xalqın dəstəyi yoxdur. Məsələn Türkiyədə vətəndaş, Akpınarın tədbirinin keçirildiyi zala toplaşan insanlar işini işləyib, işdən çıxıb tədbirə gəliblər. Vaxtı çatanda maaşlarını alacaqlar. Amma bizdə “Məhsul” stadionuna toplaşan insanlar bəlkə sonuncu dəfədir ki, işdən çıxıb ora gəliblər. Bundan sonra iş də yoxdur, güc də. Ac qarına əlli dəfə də “Respublika”, “azadlıq”, “rədd olsun diktatura” qışqırsan xeyri yoxdur. Türkiyədə vətəndaş zala gəlib və bilir ki, polis onun təhlükəsizliyini qoruyacaq, bizdə isə rəsmdir ki, polis mitinqə toplaşanları sabah “itxanada” qarşılayır. Türkiyədə heç olmasa belə məqamlarda Atatürkə “pənah” aparıb onun tərəfdarlarını Ərdoğan hakimiyyəti əleyhinə qışqırtmaq olur. Bizdə isə ümummilli lider kimi rəsmləşdirilən şəxs də rejimin öz qəhrəmanıdır və rejim ondan suyi-istifadə edir. Kim də həqiqi simpatiya bildirsə yaltaq olduğu üzə çıxır.
Təsəvvür edirisnizmi ki, Türkiyədə prezident tərəfdarları önündə çıxış edərək deyir ki, məni ipə çəkmək istəyirsiniz, gedib polisə cavab verərsiniz. Amma bizdə belə bir hal baş versəydi birincisi prezidenti xalq arasında görə bilməyəcəkdik, yəni prezident xalqa güvənmir. İkincisi isə həmin insan polisdə yox birbaşa həbsxanada olacaqdı. Təsəvvür edin də, adicə bir bloqqer məmurun villasını ifşa edib həbsə atılırsa prezidentə o sözü deyən insan görün nə vəziyyətdə olacaqdı. Həm də Türkiyədə bizim kimi AZTV kimi, Xəzər TV, Mədəniyyət və s kanallar kimi hamısı müxalifətçinin üstünə düşüb hərə bir yandan üfunət iyi vermir. Türkiyədə kanallar deyir ki, mənim nəyimə lazımdır ki, Ərdoğanla Akpınar, nə davaları var gedib həll eləsinlər. Özləri bilər

 

 

nur-az.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button