ArxivXəbər lentiXəbərlər

Azərbaycanda Qədir Xum bayramı şənlikləri keçirilib

Dinin kamilləşdiyi və nemətlərin yekunlaşdığı Qədir Xum bayramı münasibəti ilə Azərbaycan Respublikasının bəzi bölgələrində bayram tədbirləri təşkil olunub.

İRİB-in Bakıdakı nümayəndəliyi bu münasibətlə Bakının Şəhriyar Mədəniyyət Evində Əhli-Beyt (ə) aşiqlərinin iştirakı ilə şənlik təşkil edib və Əhli-Beyt vurğunları mənəviyyatla dolu atmosferdə öz mövlalarına daxili məhəbbətlərini bəyan ediblər.

Bu tədbirdə Azərbaycan Respublikası və İranın Ərdəbil vilayətinin bir neçə Əhli-Beyt (ə) şairi Həzrət Əli (ə) və Qədir Xum hadisəsi barəsində öz şerlərini oxuyub.

Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi Höccətülislam Vəlmüslimin Ocaqnejad bu tədbirdə Qədirin əhəmiyyətini iştirakçılara bəyan edib.

Həmçinin bu münasibətlə iranlıların Bakıdakı hüseyniyyəsində müxtəlif xalq kütlələrinin iştirakı ilə tədbir keçirilib.

Bu tədbir də Əhli-Beyt (ə) şairlərinin məddahlığı və şerlər oxuması ilə yadda qalıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button