AktualAktualArxivXəbər lentiXəbərlər

Azərbaycanda nazirlərin dövlət çevrilişinə cəhdi; həqiqət, yoxsa Əliyevin illüziyası

İlham Əliyev Milli təhlükəsizlik naziri Eldar Mahmudovu və Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovu tutduqları vəzifədən azad etdi.

Qafqaz Mədəniyyət Mərkəzi – Azərbaycan Milli Təhlükəsizlik naziri vəzifəsindən azad edildikdən sonra onun işdən çıxarılması barədə fərqli təhlillər yayıldı. Dövlət, indiyə kimi onun işdən çıxarılmasının səbəbi barədə rəsmi açıqlama verməyib. Lakin, Bakı dövləti və İlham Əliyevin özü MTN rəhbərinin və onun ətrafındakılarının sahibkarlardan qanunsuz pul yığılmasını dilə gətirib.

Məsələ budur ki, Azərbaycanın hakimiyyət sistemində korrupsiya, yeyinti və rüşvət kök salmışdır. Ona görə də belə nəzərə gəlir ki, Eldar Mahmudovun işdən çıxarılmasının səbəbi bu deyil. Əliyevlər ailəsi Azərbaycanın sərvətini şəxsi əmlakları kimi öz ixtiyarlarına keçiriblər. İ. Əliyev və övladları ölkə neftinin gəliri hesabına Avropada və Dubayda özləri üçün çox qiymətli evlər, villalar alıblar.Hakimiyyətin başında dayanan başçı belə etdikdə dövlətin digər yüksək rütbəli şəxslərindən düzgünlük gözləmək yersizdir. Dövlət camaatın gözündən pərdə asmaq üçün korrupsiyaçılara qarşı şüar versə də onlarla işi yoxdur. Deməli, belə nəticəyə gəlmək olar ki, Eldar Mahmudovun və onun ətrafındakıların işdən çıxarılması korrupsiya ilə bağlı deyil. MTN rəhbərinin vəzifəsindən azad edilməsinin bir səbəbi də nazirlik tərəfindən ölkənin yüksək rütbəli rəsmilərinin telefon danışıqlarının qeyri-qanuni olaraq dinlənilməsi göstərilir.

Mənə belə gəlir ki, Azərbaycanın xüsusi təhlkəsizlik qüvvələri MTN-nin ölkənin yüksək səviyyəli rəsmilərinin telefon danışıqlarının qeyri-qanuni dinlənməsi üzə çıxdıqdan və Rusiyanın təhlükəsizlik xidmətləri tərəfindən Eldar Mahmudovun hakimiyyəti öz əlinə almaq istəməsi cəhdləri məlum olduqdan sonra İ. Əliyev artıq E. Mahmudovun vəzifədə qalmasını özü üçün təhlükəli hesab edərək, onu vəzifəsindən azad etdi.

İ. Əliyev MDB ölkə başçılarının Qazaxıstanda keçirilən zirvə toplantısında itirakı çərçivəsində Rusiya təhlükəsizlik xidmətləri tərəfindən Azərbaycanda rəngli inqilaba cəhd edilməsi, E. Mahmudovun rəngli inqilabı həyata keçirmək üçün Bakı dövlətinin müxalifəti olan bir sıra siyasi fəalları özünə qoşması barədə məlumatlandırılır. Həmçinin, prezidentə xəbər verilir ki, E. Mahmudovun qərb ölkələrinin təhlükəsizlik xidmətləri ilə əlaqəsi vardır, üstəlik, Azərbaycanın səfirliklərində öz adamları vasitəsilə qərb siyasətçiləri ilə də əlaqələr yaratmışdır. Qərb ölkələri də Azərbaycanda rəngli inqilab həyata keçirmək üçün onu münasib şəxs kimi seçiblər. İ. Əliyev də Qazaxıstan səfərindən qayıdan kimi dərhal E. Mahmudovun işdən çıxarılması ilə bağlı sərəncam verdi. Bu məsələ ilə ilgili indiyə kimi MTN-dən 120 yüksək çinli məsul işçi öz vəzifəsindən azad edilmişdir və onlardan 80 nəfəri E. Mahmudovun qohumları və yaxın adamları olmuşdur. Azərbaycanın Təhlükəsizlik Nazirliyində bu sayda yüksək vəzifəli işçinin vəzifədən kənardaşdırılması bu ölkədə və dünya təhlükəsizlik təşkilatlarında görünməyən bir hadisədir.

Azərbaycanın Baş Prokurorluğu MTN işini araşdırması arasında İ. Əliyevin sərəncamı iləRabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov da vəzifəsindən azad edildi.Onunla yanaşı bu nazirlikdən digər 10 nəfər də prokurorluq tərəfindən həbs edildi. Ə. Abbasovun vəzifədən çıxarılmasının səbəbi barədə dövlət heç bir rəsmi açıqlama verməyib. Amma belə nəzərə gəlir ki, o da dövlətin yüksək səviyyəli rəsmilərinin telefon danışıqlarını qeyri-qanuni olaraq dinləməkdə E. Mahmudovla əməkdaşlıq etdiyi üçün işdən çıxarılmışdır.

Digər tərəfdənAzərbaycan saytları bir neçə nazirin də vəzifədən azad ediləcəyi xəbərini yayıb.

Mənim fikrimcə, dövlətin yüksək səviyyəli rəsmilərinin telefon danışıqlarını qeyri-qanuni olaraq dinlənilməsi məsələsi sübuta yetsə də E. Mahmudovun ölkədə rəngli inqilab etmək fikri təkcə güman və fərziyyə həddindədir. E. Mahmudov 10 il idi ki, MTN rəhbərliyini öhəsinə almışdı və bu müddətdə öz işləri barədə heç bir orqana cavabdeh olmamışdı. Məhz bu da onun öz vəzifəsindən sui-istifadə etməsinə, ölkənin yüksək səviyyəli rəsmilərinin telefon danışıqlarını qeyri-qanuni olaraq dinləməsinə səbəb olmuşdur. Lakin o, İ. Əliyevi hakimiyyətdən kənarlaşdırmaq fikrində olmamışdır. Hakimiyyəti öz atasından irs aparmış İ. Əliyev 2009-cu ildə referendumkeçirərək Azərbaycanın ömürlük prezidenti ola bildi və ondan sonra hakimiyyət övladlarına ötürüləcək. Azərbaycanda ictimai-siyasi mühitə diqqət etməklə bu mövzu elə də ağılabatmaz deyil. İ. Əliyev hakimiyyətin əliyevlər ailəsində qalması üçün xəyanət iyi verən hər bir məsələ ilə qarşılaşır. Bunun nümunələrini 2005-ci ildə iqtisadi inkişaf naziri Fərhad Əlyev və səhiyyə naziri Əli İnsanovun vəzifədən azad edilməsi və həbs edilmələrində göstərmək olar. Zaman ötdükcə, İ. Əliyevin belə illüziyaları daha da artacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button