ArxivXəbər lentiXəbərlər

Azərbaycanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb

Azərbaycan prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılır.

Ramin Namiq oğlu Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Quluzadə Ramin Namiq oğlu 1977-ci il fevral ayının 1-də Bakı şəhərində anadan olub. 1999-cu ildə İqtisad İnstitutunda magistr dərəcəsini bitirib.

2005-2015-ci illərdə Heydər Əliyev Fondunda fəaliyyət göstərib və 2014-cü ildə Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib. 2015-2016-cı illərdə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini, 2016-2017-ci illərdə isə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri vəzifələrində çalışıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button