Aktual

Əliyev yenə düz danışmadı – daha doğrusu yalan…

Ölkə işğalçısı əhalinin korrupsiyaya qarşı mübarizəni alqışladığını dedi
 Nemət Əliyev: «İlham Əliyevin dedikləri ictimai fikri aldatmaq məqsədi güdür»

Iyulun 18-də Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında ölkə başçısı Ilham Əliyev ənənəvi olaraq iqtisadi inkişafdan, korrupsiya və rüşvətə qarşı mübarizənin səmərəliliyindən danışıb.
Əliyev bildirib ki, Azərbaycan əhalisi korrupsiyaya qarşı mübarizənin aparılması ilə bağlı atılan addımları alqışlayır. Əhalinin təxminən 70 faizi hesab edir ki, Azərbaycanda bu istiqamətdə çox ciddi və səmərəli mübarizə aparılır. Ölkə başçısının sözlərinə görə, dünya miqyasında bu göstərici təxminən 20 faiz səviyyəsindədir.
Ilham Əliyevin dediklərinə münasibət bildirən iqtisadçı-ekspert Nemət Əliyev ölkədə korrupsiyanın, rüşvətin, monopoliyanın, haqsız rəqabətin çox eybəcər səviyyədə olması ilə bağlı nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı hesabatlar açıqlandığını xatırlatdı. Bu yaxınlarda Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Azərbaycandakı rüşvət və korrupsiyanın səviyyəsindən narahatlıq ifadə olunurdu.

Ekspertin sözlərinə görə, Azərbaycanda korrupsiya və rüşvətin səviyyəsi o həttə çatıb ki, dünyanın müxtəlif ölkələrində, beynəlxalq təşkilatlarda bu barədə məlumatlar var. Bu səbəbdən də dövlət başçısının rüşvət və korrupsiyaya qarşı aparılan mübarizənin xalq tərəfindən razılıqla qarşılanması ilə bağlı söylədiyi fikirlər real gerçəkliyi əks etdirmir. Bu, ictimaiyyətin gözündən pərdə asmaq məqsədi güdür: “Azərbaycanda istər sahibkarlar olsun, istərsə də müəllimlər, səhiyyə işçiləri, hər kəs korrupsiyanın səviyyəsindən xəbərdardır və bundan çox narahatdır. Dəfələrlə də bundan şikayətçi olublar. Azərbaycan hökumətinin gözdən düşməsinin səbəbi odur ki, ölkədə rüşvətin, korrupsiyanın, monopoliyanın səviyyəsi həddindən artıq yüksəkdir. Artıq bu elə bir ictimai təhlükəli məqama gəlib çatıb ki, bütün insanların həyatına sirayət edib, insanların normal həyat tərzini pozub, insanların sosial vəziyyətini ağırlaşdırıb. Dövlət başçısının söylədiyi fikirlər isə real gerçəkliyi əks etdirmir. Ictimai fikri aldatmaq məqsədi güdürdü”.
Ekspert Azərbaycan hökumətinə bir daha beynəlxalq hesabatlara nəzər salmağı da tövsiyyə edib: “Əgər Azərbaycan rəsmiləri ictimai təhlükəli xarakter almış korrupsiya və rüşvətin səviyyəsini bilmirlərsə, o zaman beynəlxalq hesabatlara nəzər yetirsinlər, orada özlərinin necə olduqlarını görə biləcəklər”.(azadlıq)

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button