ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Tovuzda hərbi hissədə əsgər öldürüldü

Xidmətdə olan başqa bir əsgər şübhəli şəxs qismində saxlanılıb

Tovuz rayonundakı N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olan əsgər Pünhan Ağamirovun qətlə yetirildiyi bildirilir. Hadisə qeyri-döyüş şəraitində baş verib.

Bu barədə Müdafiə Nazirliyi nəlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə verilən məlumata görə, əsgərin odlu silahla qətlə yetirilməsiylə əlaqədar Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Prokurorluqdan bildirilib ki, Pünhan Ağamirovun onunla eyni hərbi hissədə xidmət edən başqa bir əsgər Amil Kazımov tərəfindən öldürülməsinə şübhə var. Bu üzdən Amil Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda bu cinayət işi üzrə istintaq davam edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button