Xəbərlər

Azərbaycanda İslam bankçılığı haqqında qanun hazırlanacaq

Hazırda ölkəmizdə İslam bankçılığına aid vahid qanunvericilik yoxdur və buna görə ölkədə bir sıra İslam bankçılığının məhsullarını tətbiq etmək olmur

Noyabrda Azərbaycana İslam İnkişaf Bankının missiyası gələcək.
Bu barədə Azərbaycan Beynəlxalq Bankının (ABB) İslam Bankçılığı departamentindən məlumat verilib.
Məlumata görə, missiya çərçivəsində ölkədə İslam bankçılığının inkişafı müzakirə olunacaq.

Eyni zamanda tərkibində Nazirlər Kabineti, Mərkəzi Bank, İqtisadi İnkişaf, Vergilər və Maliyyə nazirlikləri və ABB-nin nümayəndələri olan İslam bankçılığı üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair işçi qrupu yaradılacaq.
İşçi qrup xarici məsləhətçinin iştirakı ilə Azərbaycanda İslam bankçılığının inkişafı konsepsiyasını və qanun layihəsini hazırlayacaq.

Qeyd edək ki, hazırda İslam bankçılığına həsr olunan vahid və təkmil qanunvericilik bazası yoxdur və bu səbəbdən ölkədə bir sıra İslam bankçılığının məhsullarını tətbiq etmək mümkün deyil.

xebername

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button