ArxivXəbər lentiXəbərlər

Azərbaycanda “Həzrət İmam Xomeyninin (rə) düşüncələrində sülh” konfransı keçirilib

Həzrət İmam Xomeyninin (rə) vəfatının ildönümü günü ərəfəsində “Həzrət İmam Xomeyninin (rə) düşüncələrində sülh” adlı konfrans keçirilib.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev bu konfransda zülm və sitəmlə mübarizə, sadə yaşamaq, şücaət və imamın Qorbaçova tarixi məktubu ilə bağlı İmam Xomeyninin (rə) şəxsiyyətinin cəhətlərini bəyan edərək deyib: Həzrət İmam Xomeyni (rə) nur kimi qaranlıqlarda parladı və əgər dünyada bu gün məzlumun azadlıqsevər səsi eşidilirsə, bu azadlıqsevərlik İmamın (rə) təlimlərindən ilham almışdır.

İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin də bu konfransda sekulyarizm qarşısında imamın əsil Məhəmməd İslamı təfəkkürünü açıqlayıb və deyib: İmamın bu sahədəki təfəkkürü zəlzələ kimi dünyanı tərpətdi və sübut etdi ki, sekulyar İmamın (rə) əsil Məhəmməd İslamı təfəkkürü qarşısında bəşər cəmiyyətləri üçün söz deyə bilməz.

Azərbaycanda siyasi və dini tanınmış ekspert İlqar İbrahimoğlu da bu konfransda İmam Xomeyninin (rə) sadə yaşam tərzi, zülmə qarşı olması və əməldə xalisliyinə toxunub və deyib: İmam islam təfəkkürü əsasında dünyanın bir çox məsələlərinin çərçivəsinin əsasını qoydu və islam dünyasının gələcəyi üçün yeni üfüq formalaşdırdı.

Konfransda Azərbaycanın bir neçə şairi də Həzrət İmam Xomeyninin (rə) barəsindəki şerlərini oxuyub.

Konfransda Azərbaycanın müxtəlif xalq kütlələri iştirak edib. Bu iştirak, İmam Xomeyniyə (rə) sevginin sərhəd tanımadığını, bu sevginin sərhədləri ötüb keçdiyini və ürəklərə yol tapdıöını göstərdi.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button