ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycanda hərbi təlimlər başlayıb

Azərbaycan Respublikasının Prezidentinin təsdiq etdiyi plana əsasən, bu ölkə ordusunda qoşun növlərinin cəlb edilməsi ilə təlimlər keçirilir.

Qafqaz.ir-nin məlumatına əsasən, Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, müdafiə nazirinin rəhbərliyi ilə keçirilən təlimə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib.

Mayın 20-dək davam edəcək təlimlərdə qoşunlar eyni zamanda qanunsuz silahlı qruplaşmaların təxribatlarının qarşısının alınması və əks fəaliyyətlə terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları da icra edəcək.

Qeyd edək ki, Ermənistanla sərhəd ixtilaflarının yaranması və qonşu ölkədə revanşist qüvvələrin həyəcanlı bəyanatlar verməsi hərbi hazırlığın qorunub saxlanmasının əsas amilləri sırasındadır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button