ArxivXəbərlər

Azərbaycanda hər iki saatda 1 uşaq ölür

50866

Təkcə 2004-cü ildə Azərbaycanda 35 uşaq intihar edərək, dünyasını dəyişib…

Dünən Uşaqların Beynəlxalq Müdafiəsi Günü idi. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir. Azərbaycanda uşaqların sayı təxminən 3 milyondur. Təxminən 1 milyon qaçqın və məcburi köçkündən 300 000-i uşaqdır.
Ölkənin zəngin sərvətləri fonunda səhiyyə sahəsində, xüsusilə yoxsul ailələrdən olan az yaşlı körpələr arasında müşahidə olunan ölüm hallarının geniş yayılması problem olaraq qalır. Bu, sistem ilə bağlı olan bir məsələdir və Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu olaraq, bu problemi şərtləndirən səbəblərin hər birini ünvanlandırmaq iqtidarında deyilik.
Bir milyon uşağın dörddə bir hissəsi (hər beş uşaqdan ikisi) anemiyadan əziyyət çəkir
Uşaqların qidalandırılması ilə bağlı da ciddi problemlər müşahidə olunur və bu, anemiya və qısaboyluluq (yaşa görə boy) hallarının geniş yayılması ilə sübut olunur. Bu faktorların hər ikisi uşaqların əqli inkişafına və xəstəliklərə olan fiziki davamlılığına təsir edir.
Hər dörd uşaqdan biri qısaboyludur
Bu problemi şərtləndirən bir çox səbəblər mövcuddur, lakin həm unun zənginləşdirilməsini təmin etməklə, həm də uşaqların qəbul etdiyi qidanın faydalarını (ana südü ilə qidalandırmadan başlayaraq) artırmaqda valideynlərə (xüsusilə analara) yardımın təmin edilməsi istiqamətində çalışmaq vacibdir.
usaqlar
Təxminən 10 000 uşaq dövlət müəssisələrində yaşayır
Uşaqların müdafiəsi ilə bağlı bir çox məsələlər özünü kəskin şəkildə büruzə verir. ADİHİ-ni narahat edən məsələlərdən biri də müəssisələrdə yaşayan uşaqların sayı ilə bağlıdır. Biz onlara münasibətdə “sosial kimsəsizlər” terminini istifadə edirik, çünki insanlar müəssisələri kimsəsizlər evi sayırlar, lakin orada yaşayan uşaqların əksəriyyətinin bir və ya hər iki valideyni var.
Əlli yaşadək qadınların üçdə bir hissəsindən çoxu erkən yaşda ailə quranlardır
Narahat doğuran sahələrdən biri “erkən nikahlardır”, yəni 18 yaşına çatmamış, bəzi hallarda yalnız 13 və ya 14 yaşında olan qız uşağının nikah qurmasıdır. Bu, həm uşağın özü (onun sağlamlığı, sosial həyatı), həm də onun dünyaya gətirəcəyi uşaqlar (bu yaş qrupunda uşağın düşməsi və doğulan uşağın ölməsi ehtimalı daha yüksəkdir) üçün çox təhlükəlidir.
erken_nikah
Hazırda əlilliyi olan uşaqların yalnız ¼ hissəsi təhsil alır. 2009-2010-cu tədris ilində 7 750 uşaq ev təhsili almış, 156-sı ümumi məktəblərdə, 5925 isə xüsusi məktəblərdə təhsil almışdır.
Cəmiyyətdə narahat doğuran məsələlərdən biri də əlilliyi olan uşaqların üzləşdikləri problemlərdir. Hökumət onların üzləşdiyi damğalanma hallarının (kifayət qədər geniş yayılmıdşır) qarşısını almaq, onların məktəb təhsilinə cəlb olunmasını gücləndirmək və əlilliyə səbəb olacaq vəziyyətlərin erkən aşkarlanması və erkən profilaktikasını təkmilləşdirmək istiqamətində ciddi layihələr həyata keçirməlidir.
Hər 5 uşaqdan 4-ü ali təhsil müəssisələrinə qəbul imtahanlarında 300-dən aşağı bal toplayır (maksimum bal-700)
Təhsil sahəsində özündə məktəb idarəçiliyini, müəllimlərin təlimləndirilməsini, yeni kurrikulumu, valideyn-müəllim assosiasiyalarını ehtiva edən “məktəb uşağın dostu” konsepsiyasının tətbiq olunduğu ibtidai-ali təhsil müəssisələri üçün təhsil sisteminin təkmilləşdirilməsi və məktəb mühitinin sağlamlaşdırılması sahəsində müvafiq addımlar atılmalıdır.
tqdk
Gənclərin HİV üzrə məlumatlılığı və sağlam həyat tərzi/yaşam bacarıqları zəifdir və bunun nəticəsində də riskli davranış meylləri geniş yayılmışdır. Bu səbəbdən də hökumət onları özlərini müdafiə etmək üçün ehtiyacları olduqları biliklər və (uzun müddətli perspektivdə) gedə biləcəkləri, fikirlərini ifadə edə biləcəkləri, konstruktiv qaydada hərəkət edə biləcəkləri məkanlar və yeniyetmələrin enerjisini faydalı işlərə yönəldən kanallar ilə təmin etməlidir.
HİV infeksiyasına yoluxma halları əsasən vena daxili narkotik vasitə istifadəçiləri arasında yayılmışdır və son zamanlar aparılmış tədqiqat nəticəsində məlum olmuşdur ki, narkotik vasitə istifadəçilərinin 96%-i təhlükəsiz cinsi əlaqə təcrübəsindən istifadə etmir, 46%-i isə eyni şpris və iynələrdən istifadə edirlər. Bir çox digər ölkələrdə bu problemin nəzarət altına alınmasına baxmayaraq, Azərbaycanda bu halın epidemiya halına keçəcəyi təhlükəsi vardır.
Gənclər arasındakı maneələrin aradan qaldırılması
Azərbaycan hökuməti həm də əlilliyi olan və olmayan şəxslər, məcburi köçkün və yerli icmalar, yoxsul və zənginlər arasındakı maneələrin və damğalanma hallarının aradan qaldırılması amalı ilə gənclərlə sıx çalışmalıdır. Müxtəlif rəy və ideyaları dinləmək üçün daha açıq olanlar və gələcəyin yanaşmalarını dəyişə bilənlər məhz gənclərdir.
Hər il Azərbaycanda 300 uşaq onkoloji xəstəliyə düçar olur. Onkoloji xəstə uşaqların 80 faizi sağalır, 20 faizini isə sağaltmaq olmur
Uşaqlarda olan onkoloji xəstəliklərin əksəriyyətinin embrional şişlərdir. Ancaq doğulduqdan bir müddət sonra özünü göstərir. Yəni, böyüklərdə onkoloji xəstəliklərin əmələ gəlməsində ətraf mühit, irsi faktor, həyat tərzi, ekoloji problemlər, qidalanma, stress və digər amillər rol oynayırsa, uşaqlarda onkoloji xəstəliklərin əsası ana bətnində qoyulur. Uşaqlarda bu xəstəliklər böyüklərə nisbətən daha yaxşı müalicə olunur. Onkoloji xəstə uşaqların 80 faizi sağalır, 20 faizini isə təəssüf ki, sağaltmaq olmur. Müalicə olunub sağalan uşaqların valideynləri adətən uşaqlarının diaqnozunu gizlədir və övladının xərçəng xəstəsi olduğunu və sağaldığını demirlər. Amma 20 faiz sağalmayan uşaqların valideynləri bu barədə hər yerdə danışırlar. Bunun nəticəsində hər kəs də düşünür ki, xəstəliyin müalicəsi yoxdur və sonu ölümdür.
usaq_hekim
Əsas onkoloji xəstəliklər 3-10 yaş arası uşaqlarda rast gəlinir. Ümumilikdə onkolji xəstəlikli uşaqların sayı çox deyil. Hər 10000 min uşaqdan 1-i də bu xəstəliyə təsadüf edilir.
Həkimlərin fikrincə, uşaqların arasında xəstəliklərin əsas səbəblərindən biri onların erkən yaşlardan işə cəlb edilməsidir. Azərbaycanda əsasən paytaxt küçələrində, gül satan, ayaqqabı boyayan, maşın şüşəsi silən uşaqlara da rast gəlinir.
Ölən uşaqların statistikası yoxdur
Azərbaycanda valideyn himayəsindən məhrum uşaqlarla yanaşı, ailədə yaşayanların hüquqlarının qorunmasıyla bağlı da problemlər az deyil. Ölən uşaqların statistikası yoxdur, intihar edənlərin də dəqiq statistikası aparılmır. 2004-cü ildə 35 uşağın özünə qəsd etməsi məlumdur. Ancaq nə səbəbə, bəlli deyil.
usaq_intihar
Azərbaycanda uşaqların vəziyyəti ilə bağlı əsas problemlərdən biri də uşaq alveridir
Son illər uşaqların valideynləri tərəfindən zorakılığa məruz qalması ilə bağlı halların artması da həyəcan yaradan hallardandır. Digər vacib problem internatlardan uşaqların ailələrə verilməsidir. Hazırda ölkədə 50-yə qədər internat məktəbi fəaliyyət göstərir . Onların himayəsində təxminən 20 mindən çox uşaq var. 5000 mindən çox uşaq isə valideyn himayəsindən məhrumdur. Azərbaycanda 300 min qaçqın və məcburi köçkün uşağın olması da uşaq probleminin həllinə mənfi təsir göstərən amildir.
Ümumilikdə isə uşaqların hüquqlarından yalnız bir gün danışılmamalıdır, bu hüquqlar hər gün qorunmalıdır.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu – ADİHİ/bugun.az/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button