ArxivXəbər lentiXəbərlər

Azərbaycanda hər ay 1091 ailə boşanır – Nazirliyin STATİSTİKASI

Azərbaycanda boşanmaların sayı sürətlə artmaqdadır.

Ədliyyə Nazirliyinin son dörd ildəki boşanmalara dair verdiyi rəsmi statistikası ölkədə sosial vəziyyətin dəhşətli həddə çatdığını sübut edir.

Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən nikahın pozulmalarına dair rəsmiləşdirilmiş rəqəmlər ciddi narahatlığa əsas verir.

2016-cı ildə Azərbaycan Respublikasında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 13100 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 1,4 olub. Başqa sözlə, ötən il hər ay təxminən 1091 ailə boşanıb.

2015-ci ildə boşanan ailələr 12764 olub. 2014-cü ildə 12088, 2013-cdığını sübut edir.ü ildə 11730 ailə dağılıb.

Göründüyü kimi, boşanmalarda ildən-ilə ciddi artım baş verir…

Ekspertlər boşanmaların əsas səbəbləri sırasında ər-arvadın bir-birinə güzəştə getməməsini, işsizliyi, yoxsulluğu, insanların ailə qurmağa mənəvi cəhətdən hazır olmamasını və digər amilləri göstərirlər…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button