ArxivXəbərlər

Azərbaycanda daha bir partiya təsis olundu

Sülhəddin Əkbər Azad Demokratlar Partiyasının sədri seçilib.

Dünən Azad Demokratlar Partiyasının təsis qurultayı keçirilib. Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər partiyanın sədri seçilib. Sülhəddin Əkbər “Azadlıq” radiosuna bildirib ki, 2013-cü ilin dekabrında Təşkilat Komitəsi yaradılmışdı. Bu müddətdə nizamnamə və proqram hazırlanıb.
Partiyanın xətti barədə danışan Sülhəddin Əkbər deyib ki, bu, orta sinfin partiyası olacaq: “Əsas prinsiplərimiz fərdiyyətçilik, azadlıq, azad bazar iqtisadiyyatı, liberalizm, demokratiya və insan haqlarıdır. Xaricə oriyentasiya da Avroatlantik məkana, Avropa Birliyinə və NATO-ya inteqrasiya xətti olacaq. Partiyamız liberal demokratik siyasi düşüncəyə malik, sağ mərkəzçi müxalifət partiyası olacaq. Mötədil xətt tərəfdarı olacağıq”.
Partiyanın seçkilərdə iştirakına gəlincə, Sülhəddin Əkbər bildirib ki, şəxsən o, bələdiyyə və parlament seçkilərində iştirakın tərəfdarıdır: “Bu fikrimi səsləndirdim, qurultay da dəstəklədi”.
Azad Demokratlar Partiyası müvəqqəti olaraq Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında yerləşir. Dünənki təsis qurultayı isə Vətəndaş Həmrəyliyi Partiyasında keçirilib./Azadlıq/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button