ArxivXəbər lentiXəbərlər

“Azərbaycanda bu faciəvi əzabdan heç kəs qurtulmayacaq!”

“Dağlıq Qarabağ camaatını, plana görə, XX əsrin 90-cı illərində deportasiya etmək nəzərdə tutulur…”
Araşdırmaçı professor, keçmiş “KQB” polkovniki Rövşən Novruzoğlunun gizli xarici arxivlərdəki mənbələr əsasında hazırlanmış “Ölüm hüceyrələri və ya genetik ölüm…” adlı tədqiqat əsərinin bu dəfə sizə təqdim edəcəyimiz bölümündə göstərilən ilginc faktlar bir daha göstərir ki, 1948-1953 və 1988-1989-cu illərdə soydaşlarımızın Qərbi Azərbaycandan zorakılıqla deportasiya olunması, eləcə də 1991-1994-cü illərdə Qarabağın işğalının arxasında yalnız daşnak əqidəli ermənilərin “Böyük Ermənistan” ideologiyası və türklərə, müsəlmanlara qarşı nifrəti dayanmır.
Burada anqlosaks və sionistlər tərəfindən “SSRİ” qılafına bürüdülmüş Rusiya və “demokratiya” maskası geydirilmiş Britaniya, ABŞ, Fransa və s. Qərb imperiyalarının bütöv bir xalqın faciələri hesabına apardıqları genetik eksperimentlər və ümumiyyətlə, gələcək gücündən, birliyindən ehtiyat etdikləri Azərbaycan xalqının sıradan çıxarmaq məqsədləri də dayanır…
Bəndəniz hələ 1990-cı illərin ortalarında Qarabağın işğalı haqdakı yazılarında da göstərib ki, bu prosesi əslində sırf işğal deyil, Kremlin hərbi zor gücünə deportasiyası da hesab etmək olar. Odur ki, 1988-1994-cü illərdə torpaqarımızın de-fakto itirilməsində əsas rolu “SRU”, “Mi-6” və s. kəşfiyyatlarla əlbir olan keçmiş SSRİ “QRU”-su və “KQB”-sinin agentura şəbəkələri və onların Azərbaycandakı azadlıq və müstəqilik yox, əslində “hakimiyyət aşiqləri” olan sadiq “inventar” nökər və tör-töküntüləri oynayıb.
Nə yazıqlar ki, həmin şəbəkələr bu gün də ölkəmizə və xalqımıza qarşı manipulyasiyalar, təxribatlar və s. ilə müşayiət olunan genişmiqyaslı fəaliyyətərini davam etdirir. Və nə qədər ki, Azərbaycanda “KQB”-nin gizli arxivləri üzə çıxarılaraq açılmayıb həmin xəyanət şəbəkəsinin hesabına bu xalq əsas iki bəladan qurtula bilməyəcək. Söhbət Qarabağın işğaldan azad edilməsi və korrupsiyadan gedir…
Xatırladaq ki, Rövşən Novruzoğlunun tezliklə kitab halında nəşr olunacaq sözügedən əsərində əsasən XX əsrin əvvəllərindən bəri həm Azərbaycanı işğal altında saxlayan SSRİ adlı Rusiya imperiyasının, həm də Böyük Britaniya, ABŞ kimi “modern” impeiyaların xüsusi kəşfiyyat qurumlarının Azərbaycan xalqının zəngin genefondu üzərində apardığı vəhşi qətliam və zorakılıqlarla müşayiət olunan amansız və qeyri-insani gizli tədqiqatlarının üzə çıxardığı ağlagəlməz özəlliklərdən, eləcə də ölkəmizin ayrı-ayrı sirli məkanlarını soykökümüzdə iz buraxan qeyri-adi xüsusiyyətlərindən bəhs edilir.
Məlum olur ki, adı çəkilən imperiyalarla yanaşı, əksər xarici dövlətlər də Azərbaycan insanının əsl genomundan qorxduğundan bu xalqı hər vasitə ilə əzməyə, məhv etməyə çalışıb və çalışmaqdadır..
“…Dərələyəz, Zəngəzur, İrəvan və Gəncə quberniyalarının məlum qanlı faciələrindən çox yazıb. Amma orada baş verən genetik dəyişmələrdən bir cümlə də olsun yazı yazılmayıb…”
“Dərələyəz, Zəngəzur, Dağlıq Qarabağ ərazilərində bir-birinin ardınca 14 dəfə “Mutasiya layihəsi” aparılıb…
1955-ci ilin oktyabrın 28-dən başlayaraq rus alimləri Azərbaycana “Genetik faciə” gətirməyə başladılar…
SSRİ Səhiyyə Nazirliyinin tabeliyində olan 1 saylı hərbi qospitalın həkimi, hərbi kəşfiyyatın zabiti M.S.Kalininin bununla bağlı Baş Kəşfiyyat İdarəsinə ünvanladığı “Məxfi Arayış”da qeyd edir:
“… Müdafiə Nazirliyinə. General -mayor B.S.Utkin yoldaşa.
Məlumat üçün bildirim ki, kəşfiyyat generalı, İ.İ.Makarovun 415 səhifəlik qovluğunu mən hazırlamışam. Qovluqdakı materiallar Azərbaycanın Dərələyəz, Zəngəzur, Dağlıq Qarabağ yaşayış məntəqələrində bizim tədqiqatçı genetik alimlərimizin apardıqları işləri əhatə edir. Tədqiqatçı alimlərin 85 nəfəri gizlənib.
Mən onların çox əhəmiyyət kəsb edən arayışlarını, qeyd və şərhləri, yazışmaları da qovluğa tikmişəm. Heç bir səhvə yol verməmişəm. Əlavə məlumat üçün bildirirəm ki, adlarını qeyd etdiyim bu layihələrin hamısı uğurlu nəticələr verib. Məsələn, adları qeyd olunmuş ərazilərdə şifrələnmiş 7,14,28,47,33,89- saylı genetik kodların iflic olunması qan hüceyrələrinin, xromosomların (?) zədələnməsi yerinə yetirildi. Dərələyəz və Zəngəzur camaatının Azərbaycana deportasiya olunmasını bilirsiniz. Deportasiya planlarında şəxsən siz özünüz iştirak etmisiniz (Biz genetik kodların şifrələrini açmırıq).
Dağlıq Qarabağ camaatını isə plana görə, XX əsrin 90-cı illərində deportasiya etmək nəzərdə tutulur(Genetik kodların şifrələri eynidir).
Yoldaş general! Mənim bu məktubu yazmaqda məqsədim var. Qovluqdan 43 səhifə çıxarılıb. Amma bu, mənim günahım deyil. Məni müdafiə etmənizi istəyirəm. Bu qapalı məktubun yazılmasına səbəb də elə bu məsələdir.
Genetik layihələr Azərbaycanın yaşayış məntəqələrində hələ uzun müddət davam edəcək. O vaxta qədər ki, regionda adamlar nə istədiklərini, nə üçün, kimin üçün yaşadıqlarını anlamaq gücündə olmayacaq. Bu faciəvi əzabdan və yaxud bəladan heç kəs (nə varlı, nə kasıb) yaxa qurtara bilməyəcək…
Səkkiz “Mutasiya layihəsi”ndə iştirak etmişəm. Amma bütün bunlar sirr olaraq qalır. Ölkə rəhbərliyi dəyişib. Hər şeyə yenidən baxılır. Lakin Azərbaycanla və onun ərazilərində yaşayan adamlarla bağlı münasibətlər dəyişməyib. Genetik yerdəyişmələr əvvəlki kimi davam edir. İtmiş 43 səhifəyə gəlincə, o səhifələrdə professor İ.S.Qlebin, M.T.Anoxinin, S,U,Furmanın Dərələyəzdə apardıqları (1923-cü il məlumatları) elmi araşdırmaların nəticələri var idi…
Vaxtınızı aldım. Zabit Kalinin. 1953-cü il. VII.22
Surəti 12-ci qovluq üçün”.
Hərbi qospitalın həkimi M.S.Kalininin məktubunun surəti onun özünə məxsus “12-ci qovluğ”a qoyulur. Əsas nüsxə isə general B.S.Utkinə təqdim edilir. O isə bu məktubu iki nəfər təhlükəsiz zabitinin iştirakı ilə açır və oxuyur(Genetik layihələrin icraçıları və araşdırıcıları üçün bu yeni qaydalardan biri idi.)
“…Genetik layihələrlə bağlı itirilmiş 43 səhifəlik elmi tədqiqatın nəticələri ingilis alimlərinin əlinə keçib…”
Araşdırma materiallarına görə, 1955-ci il aprelin 20-də London Kral Universitetinin (?) arxeoloqları Moskva Universitetinin arxeoloqları ilə birgə Dərələyəzin yaşayış məntəqələrində görünürlər. Kəşfiyyat zabiti Kalinin general Utkinə əlavə göndərdiyi məktubda qeyd edir:
“… Vaxtınızı alıram, yoldaş general. Sizə elə gəlmirmi ki, genetik layihələrlə bağlı itirilmiş 43 səhifəlik elmi tədqiqatın nəticələri ingilis alimlərinin əlinə keçib?”
Araşdırma materiallarına görə 1955-ci ilin may ayının 28-də Kreml məxfi sərəncamla general İ.İ.Makarovun hazırladığı Qovluqla bağlı bütün dinləmələri dayandırır. (Bu qovluqda Dərələyə, Zəngəzur əlavə olaraq İrəvan, Gəncə quberniyaları ilə bağlı ruslara məxsus “Mutasiya layihələrinin” nəticələri qorunurdu). Çünki faktiki olaraq nə Dərəlyəz var idi, nə Zəngəzur…
Adamların Azərbaycanın əsasən Muğan bölgələrinə qovulmaları, oralarda onlar üçün yaşayış məskənlərinin salınmaları və ora köçürülən insanların məskunlaşmalarından sonra epidemiyaların başlanması… ərazilərdə demoqrafik xüsusiyyətlərin, həmin yerlərə məxsus adət-ənənə və davranış məsələlərinin pozulmasına gətirib çıxartdı. Hər şey dəyişirdi…
“Soykökü Zəngəzurdan və Dərələyəzdən olanların məxfi qaydada siyahıları çıxarılmağa başlandı…”
Tarixçilərimiz Dərələyəz, Zəngəzur, İrəvan və Gəncə quberniyalarının məlum qanlı faciələrindən çox yazıb. Amma orada baş verən genetik dəyişmələrdən bir cümlə də olsun yazı yazılmayıb…
Nədən bütün bunlar baş verdi? Dərələyəz və Zəngəzur kimi igidlər və mərdlər yurdunun genetikasına zərbəni kimlər vurdu? Nədən qorxdular görən? Moskva hələ də zəngəzurlu və dərələyəzli görəndə tarixə baxmaya bilmir… Məlumata görə, 1955-ci ilin iyul sərəncamından sonra (ehtimal edirəm ki, bu günədək) ruslar öz ərazilərindəki soykökü Zəngəzurdan və Dərələyəzdən olanların məxfi qaydalarda siyahılarını çıxarmağa başladılar…
(moderator.az)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button