ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycan XİN: İranla hər zaman münasibətlərin inkişafında maraqlı olmuşuq!

Azərbaycan Xarici İşlər Nazirliyi bu dövlətin bütün qonşu ölkələrlə, o cümlədən İran ilə hər zaman qonşuluq münasibətlərinin inkişafında maraqlı olduğunu bildirib.

Nazirliyin mətbuat katibi Ayxan Hacızadə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin 10 aprel tarixli şərhi barədə Report-un sualına cavabında deyib ki, xarici işlər nazirləri arasında baş tutmuş son telefon danışıqları zamanı iki ölkələ arasındakı məlum vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan tərəfi bu danışıqları müsbət qiymətləndirir və məsləhətləşmələrin davam etdirilməsini vacib hesab edir.

Onun sözlərinə görə, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı əsasda hörmət Azərbaycan Respublikasının xarici siyasətinin dəyişməz prioritetidir.

Bu elə bir haldadır ki, rəsmi Bakı Zəngəzur dəhlizini yaratmaq süarı ilə Ermənistanın cənub bölgəsinə qarşı ərazi iddiası ilə çıxış edir və İranın haqlı etirazlarını qəbul etmək istəmir.

İran tərəfi Ermənistanla dövlət sərhədinin bağlanmasına heç bir vəchlə imkan verməyəcəyini diplomatik kanallarla Bakının diqqətinə çatdırıb.

Qeyd edək ki, bu gün İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani Azərbaycan və İran xarici işlər nazirləri arasında 7-8 aprel tarixlərində baş tutmuş telefon danışıqlarının nəticələrini müsbət qiymətləndirib.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button