ArxivXəbər lentiXəbərlər

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli sırbıst buraxılıb.

Yenilənən xəbər: Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli sırbıst buraxılıb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) AXCP sədri Əli Kərimlinin saxlanılması ilə bağlı məlumat yayıb.
“qafgaz.ir”un xəbərinə görə, birgə məlumatda bildirilib ki, iyunun 28-də AXCP sədri Əli Kərimli Binəqədi rayonu ərazisində yerləşən Müsavat Partiyasının qərargahının qarşısından qanunsuz yürüş keçirilməsi barədə sosial şəbəkələrdə yaydığı çağırışla əlaqədar Binəqədi Rayon Polis İdarəsinə dəvət edilib:
“Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazilərdə mitinq və qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən toplantının keçirilməsinə cəhdin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olduğu onun nəzərinə çatdırılıb.
İctimai asayişin pozulmasına yönələn belə qanunsuz hərəkətlərin qarşısı bundan sonra da qanunvericiliklə müəyyən edilmiş qaydada alınmaqla, təşkilatçıların məsuliyyətə cəlb olunacaqları barədə “Prokurorluq haqqında” qanunun tələblərinə uyğun olaraq ona rəsmi xəbərdarlıq edilib və sərbəst buraxılıb”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bu gün gündüz saatlarında polis tərəfindən saxlanılıb və Binəqədi Rayon Polis İdarəsinə aparılıb. Bu barədə Turan-a AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.
Onun sözlərinə görə, Ə.Kərimli saat 13:00-da Müsavat Partiyasının qərargahından çıxarkən saxlanılıb. Orada “Həmrəylik marafonu”nda iştirak edib. Tədbirdə məqsəd etiraz aksiyalarında iştiraka görə cərimələnən fəalların cərimələrinin ödənilməsi üçün vəsait toplamaq olub.
Ə.Kərimli tədbirdə çıxış edib və getməyə hazırlaşarkən saxlanılıb.
“qafgaz.ir”un məlumatına görə, onun süni şəkildə ictimai narazılıq yaratmağa, müqavimət hərəkatı formalaşdırmağa və cəmiyyətdə mövcud olan sabitliyi pozmağa cəhd göstərdiyi bildirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button