AktualAktualArxivXəbər lentiXəbərlər

Azərbaycan vətəndaşlarının Suriyada terrorçu qruplara qoşulmasında vəhabi rəhbərlərinin rolu

Son günlərdə Azərbaycan vəhabilərinin rəhbərlərindən olan Əlixan Musayevin öz tərəfdarlarını cihada səsləyən audio yazısı yayıldı. Bu səs yazısında vəhabi rəhbəri onları Suriyada gedən cihada çağırır və bu təklifdən boyun qaçırmağı ilahi əmrdən qaçmaq adlandırır.

Səs yazısının geniş yayılmasının və ölkə mediasında onun sözlərinin qalmaqal yaratmasınınardıncaDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məsələyə “Əlixan Musayev və onun kimilərin çağırışları ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır”-deyə münasibət bildirib.

Sözü gedən səs yazısının yayılmasından qabaq Ə. Musayev Azərbaycan vətəndaşlarının Suriyada terrorçulara qoşulmasında əli olmasını danırdı. Halbuki, Suriyada terrorçu qruplaşmalar sırasında döyüşmüş və ölkəyə qayıtdıqdan sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış şəxslər öz etiraflarında Ə. Musayevin sözlərinə aldandıqlarını və cihad adı ilə Suriyaya getdiklərini etiraf ediblər.

Məlum səs yazısının yayılmasından sonra Azərbaycan vətəndaşlarından biri azəri saytlarına məktub ünvanlayaraq Ə. Musayevin təbliğatına uyaraq Suriyaya gedərək İŞİD-ə qoşulduğunu bildirib.

Suriyada daxili qarşıdurmalar başlayandan sonra bir çox Azərbaycan vətəndaşı terrorçu qruplara qoşulmaq məqsədilə Suriyaya ezam olub. İndiyə qədər yüzlərlə Azərbaycan vətəndaşı Dəməşq dövləti ilə “cihad” üçün Suriyaya getmiş və onlardan bir çoxu ölmüşdür. Bu ölkə vətəndaşlarının Suriyaya ezam edilməsinin kökünü Bakı dövlətinin Azərbaycanda vəhabilərin fəaliyyətinə göz yummasında axtarmaq lazımdır. Hökumət, şiə islamçılarının fəaliyyətinin qarşısını almaq məqsədilə ölkədə, xüsusilə də şimal bölgələrdə və Rusiya ilə sərhəd ərazilərdə vəhabiliyin təbliğ edilməsinə göz yumdular, Ərəbistan və Küveyt kimi ölkələrin xeyriyyə adı ilə Azərbaycanda vəhabiliyi təbliğ etmələrinin qarşısını almadılar. Amma Suriya hadisələrinin başlanması və Ə. Musayev kimilərin gəncləri maddi və mənəvi tələlərlə aldadaraq bu ölkəyə ezam olunmasının ardınca, Azərbaycanın təhlükəsizlik orqanları terrorçuların ölkəyə qayıdacağı təqdirdə onların təhlükəyə çevriləcəklərini başa düşdülər. Ona görə də bununla qarşılaşmaq məcburiyyətində qaldılar.Artıq Suriya və Azərbaycan arasında get-gəl edən bir neçə dini ekstremis saxlanılmışdır.

Vəhabi təhlükəsi Azərbaycanda artmaqdadır. Din rəsmilərinin ölkədə vəhabillik üçün bazanın olmamasını desələr də, vəhabilərə aid məscidlər camaat namazı vaxtlarında radikal insanlarla dolu olur.

Din məsələlərinə baxan rəsmilərin tədbirsizliyi üzündən vəhabi rəhbərləri dini ekspert kimi cəmiyyətə təqdim edilib və bunula da vəhabiliyin təbliği üçün yol daha da asanlaşıb. Diqqəti çəkən məsələ budur ki, Azərbaycanın vəhabi rəhbərləri özlərinin rəsmi açıqlamalarında ekstremizm və terrorizmlə müxalif olduqlarını göstərsələr də özlərinin xüsusi toplantılarında camaatı cihad adı ilə terrorçu qruplara qoşulmağa təşviq edirlər. Əlixan Musayev kimilər belə yığıncaqlardakı çıxışlarında Suriyada gedən hadisələri cihad adlandırır və insanları ora göndərməyə cəhd edir. Suriyada terror qruplaşmalarına qoşulmuş və ölkəyə döndükdən sonra həbs edilmiş vəhabilərin etiraflarında da bu məsələ yer alıb.

Azərbaycanda vəhabiliyin təbliği və genişlənməsi üçün kalan pullar xərclənir. Azərbaycanda iqtisadi problemlərə diqqət etməklə dini maarifi az olan insanlar asanlıqla vəhabi təbliğinə uyur. Amma dini maarifdən agah olanların onlara aldanması qeyri-mümkündür.

Vəhabilərin və ifratçı ünsürlərin Azərbaycanda gizli baza və ideologiyası vardır. İfratçı, hətta ölkə prezidenti İlham Əliyevi hökuməti qəsb etmiş adlandıran vəhabilərin təhdidlərinin qarşısını almaq üçün dövlətin onlarla qarşılaşmaqdan başqa bir çarə yolu yoxdur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button