ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycan və İran xarici işlər nazirləri Vaşinqtonda görüşüb

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ABŞ-ın Vaşinqton şəhərində BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Azərbaycan Respublikası Xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb.

Qafqaz.ir xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Ceyhun Bayramov İran, Türkiyə və Azərbaycan arasında Tehranda üçtərəfli görüşün keçirilməsini alqışlayıb.

Görüş zamanı Azərbaycanla İran arasında əməkdaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi vurğulanıb.

Nazirlər ikitərəfli münasibətlərin gündəliyində duran bir sıra məsələlər, eləcə də iqtisadi, energetika, ticarət, kənd-təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button