ArxivIslamXəbər lentiXəbərlər

Terrorun İslam dini ilə heç bir əlaqəsi yoxdur – II İliya

İslam dininin Fransada baş verən terrorla, eləcə də Rusiyaya məxsus sərnişin təyyarəsinin partladılması ilə heç bir əlaqəsi yoxdur.

Qafqaz.ir-in AZƏRTAC-a istinadla verdiyi məlumata görə, bu sözləri Gürcüstan Pravoslav Kilsəsinin Patriarxı II İliya noyabrın 14-də Müqəddəs Troitsa kilsəsində ibadət zamanı ruhanilərlə görüşdə deyib.

Patriarx bildirib ki, terroru, zorakılığı İslam dini ilə bağlamaq düzgün deyil. Terror və ya digər cinayətlər yalnız yolunu azmış, pis düşüncəli insanların öz əqidələrini ortaya qoymasıdır.

Dünyada xeyir və şər daim mübarizə aparıb və hər zaman xeyir qalib gəlib. Biz din xadimləri dua edirik ki, dünyada sülh olsun, sabitlik olsun, insanlar firavan yaşasınlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button