ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycan tələbələri Cəmkəranda Nimeyi-Şəban mərasimi keçirib

Mart ayının 28-dən 29-a keçən gecə Zəmanə Sahibinin (əf) 1187 yaşı qeyd olunur.

Qafqaz.ir xəbər verir ki, müqəddəs Cəmkəranda İmam Zaman (Allah təala şərəfli zühurun tezləşdirsin) həzrətlərinin təvəllüdünün 1187-ci ili münasibətilə Azərbaycan tələbələri tərəfindən bayram mərasimi keçirilib.

Nərgiz Xatun (ə) salonunda baş tutan bayram mərasimi Beynəlxalq Quran qarisi Kərbəlayi Anarin müqəddəs Qurani-Kərim tilavətilə açılıb. Ustad, höccətül-islam Hacı Məhəmməd Baqir Saivər mərasim iştirakçıları qarşısında İntizar fəlsəfəsi və Zühur hakimiyyətinin mahiyyətinə dair söhbət edib, həqiqi intizarın amillərini diqqətə çatdırıb.

Bayram tədbirinin davamında əvvəlcə yeniyetmələrdən ibarət “İlahi Rəng” ilahilər qrupu, daha sonra isə məddah Hacı Cəlal Cəfəri Zəmanə İmamına (əf) həsr edilmiş ilahi nəğmələr səsləndirib.

Daha sonra mərasimdə Hacı Xəlil tərəfindən İmam Mehdi (əf) və zühura dair intellektual müsabiqə keçirilib, qaliblərə mükafatlar təqdim olunub.

Mərasimin sonunda Hacı Abuzər Cəbiyev elmi mərkəz tərəfindən keçirilmiş Qur’an müsabiqəsinin qaliblərini açıqlayıb, qaliblər müsabiqənin münsifləri vasitəsilə hədiyyələrlə təltif olunub.

Qeyd edək ki, koronavirus şəraiti ilə əlaqədar mövlud gecəsi müqəddəs Cəmkəran Məscidinə hərəkət məhdudlaşdırılsa da, bir çoxları piyada mütəhhər hərəmə yetişə bilib. Zəmanə İmamının (əf) mövlud gecəsi Cəmkəranda səadətli gün münasibətilə gecə saat 23:00 radələrində atəşfəşanlıq keçirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button