AktualArxivIslamXəbər lentiXəbərlər

Azərbaycan şiələrini müdafiə etməyin zəruriliyinin üç mətləb və bir nəticəsi

Qafqaz Mədəniyyət Mərkəzi – Beynəlxalq və siyasi məsələlər üzrə tədqiqatçı və ekspert Məhəmməd Ərdəbili Azərbaycan şiələrinin müdafiə etməyin zəruriliyinin  səbəblərinə toxunan məqalə yazmışdır. Məqaləni təqdim edirik:

Azərbaycan Respublikası İslamın bir parçasıdır. Bu diyarın xalqının qeyrət və mürüvvəti Qafqaz xalqları arasında dillər əzbəridir və əsrlər boyu mədəniyyət, incəsənət, elm, ədəb və dindarlıqda məşhur olub. Bu sözünü şahidi Azərbaycanda yazılmış yüzlərlə elmi, tarixi və dini kitablardır. Həkim Nizami Gəncəvinin şerlərinə, Həkim Füzulinin arifanə hikmətlərinə ötəri nəzər, Şirvanşahlar qəsrində yaranmış əsərlərə, Bakının Cümə məscidinin kətibələrinə diqqət, Həkimə Xatun ziyarətgahını və Gəncədə Şah Abbas məscidinin göyə ucalan minarələrini seyr etmək Azərbaycan xalqının dindarlığının, dini dəyərlərə əhəmiyyət verməsinin və etiqadının əlamətidir. Azərbaycanın tarix tədqiqatçılarının hamısı bunu təsdiq edir ki, vilayətə bağlılıq bu diyarın xalqının dəyişməz etiqadı olub və indi də elədir. Amma təəssüflər olsun ki, bu məzlum xalq tarix boyu dinsizliyi dindarlıqdan, laqeydsizliyi inancdan daha yaxşı hesab edən hökumətlərin pərişan meyillərinin qurbanı olub. Azərbaycanda rus çarlığından tutmuş indiki hakim sülaləyə qədər hakimiyyətə gələnlərin hamısı Azərbaycan xalqının can və ruhuna hopmuş ilahi həqiqətlərə qarşı çıxmış, onlarla mübarizəyə qalxmışdır. Xalqın din və dindarlığı ilə bu düşmənçilik onların ilahi nuru söndürməyin mümkünsüzlüyündən qafil olduqları üçündür. Mütəal Allah vədə vermişdir ki, Öz nurunu kafirlərin təhlükəsindən qoruyacaq.

Mülhid və dinsiz sovet hökuməti 70 il hakimiyyətindən sonra süqut etdi. Bundan sonra Azərbaycanın nisbi və qeyri-sabit müstəqillik əldə etmiş qeyrətli xalqı İranın əzəmətli İslam İnqilabından örnək alaraq dini təlimlərə söykənən rahat və asudə bir həyat yaratmaq uğrunda təlaş etdi. Bu yolda var gücü ilə səy göstərdi. Amma qərb imperializmi Azərbaycanda da İranda təcrübə etdikləri bir İslam hökumətinin qurulacağından qorxduğu üçün xalqı dini təlimlərdən uzaqlaşdırmaq üçün hərəkətə keçdi. Bu arada azəri siyasətçilər onların istəklərini yerinə yetirərək hökuməti sekular dövlət kimi tanıtdılar, din və siyasətin bir-birindən ayrı olduğunu bildirməklə qərb imperializminin və dünya sionizminin razılığını qazanmağa çalışdılar.

Ali Məqamlı Rəhbər Azərbaycan prezidenti ilə son iki görüşündə aşkar zərurətlər əsasında Azərbaycan şiələrinə hörmətlə yanaşmağı prezidentə tövsiyə etdi. Həzrət Ayətullah əl-üzma Xamenei 2016-cı ilin fevralında onunla görüşündə Azərbaycan xalqının islami və şiə etiqadını dəyərli sərmayə adlandırdı, bu ölkədə İslam maarifinin tərvicinin problem və təhdidlər qarşısında ilahi yardımı və Əhli-beytin (ə) inayətini cəlb edəcəyini vurğuladı.

Ali Məqamlı Rəhbər 5 mart 2017-ci ildəki görüşündə Azərbaycan Respublikasının ikinci şiə ölkəsi olduğuna işarə edərək dedi: “Azərbaycan dövlətinin məsləhəti xalqın dini hislərinə hörmətlə yanaşmaqdadır. Belə ki, onlar dövlət tərəfindən dini məsələlərə qarşı heç bir narahatlıq hiss etməsinlər.”

İslamçılarla mübarizə və dinə qarşı acı hadisələr son illərdə bu ölkədə atılan təəssüflü addımlardandır. Bu üzdən hal-hazırda 150 nəfər islamçı müxtəlif əsassız və gülünc bəhanələrlə uzun müddətli həbs cəzalarına məhkum olublar. Hətta onlardan bəziləri çox ağır cismi və mənəvi şəraitdə saxlanılır və həyatları təhlükə altındadır. Bu mövzunun aydınlaşması və islamçıların müdafə olunmasının zərurətinə diqqət etməklə üç mətləb və bir nəticəyə işarə edirik:

 

  1. Azərbaycan Respublikası və islamçılar

 Azərbaycan Respublikası Qafqaz silsilə dağlarının cənub hissəsində yerləşir. Elə də uzaq olmayan bir keçmişdə bu diyar Gülüstan müqaviləsi vasitəsilə İrandan ayrıldı. SSRİ-nin parçalanmasından sonra 1991-ci ildə bu ölkə beynəlxalq ərsədə öz müstəqilliyini elan etdi. Onun əhalisinin sayı 10 milyona yaxındır və əhalisinin sayına görə əksəriyyəti on iki imamçı şiələrdən ibarət olan dörd ölkədən biridir. Bu ölkənin İranla tarixi, mədəni və dini ortaqlığı daha çox olduğundan onun əhalisinin İrana sevgisi digər ölkələrdə olduğundan daha çoxdur.

Azərbaycan xalqının dini məsələlərə və İranla dini bağlılığa hər gün artan sevgisi ilə eyni zamanda bu ölkənin dinlə mübarizə aparan kommunist rejimində təlim-tərbiyə almış bir sıra siyasətçiləri və dövlət başçıları ölkə əhalisinin qeyri-müsəlman və qərb mədəniyyəti səmtinə yönəltmək istəyirlər, İslam və islamçıları sevmirlər. Ona görə də Azərbaycanın müstəqillik əldə etməsindən indiyədək dindarlarla sərt davranıblar və onların dini fəaliyyətlərinə qarşı məhdudiyyətlər dövlətin gündəliyində olmuşdur. Bu dövlət məsulları ölkə xalqı üçün yeni kimlik tərif etmək ardıncadır. Yeni tərif sionizmlə bağlılıq, qərb mədəniyyətindən təsirlənmiş və millətçiliyin dinə üstünlüyü əsasında qurulur.

Son bir neçə onillikdə Azərbaycanda sekular siyasətlər və bu ölkəyə hakim dünya sionizmi ilə əməkdaşlığın sərlövhə edilməsi nəticəsində bir çox anti-din hərəkətlər həyata keçirilmişdir. Bu hərəkətlər ən çox indiki hakim ailənin zamanında baş vermişdir. Belə ki, bu ailənin hakimiyyətdə olduğu illərdə Azərbaycan xalqı məsciddən azan səslənməsinə yasaq, Əhli-beytə (ə) əzadarlıq mərasimlərinin keçirilməsinə qadağa, dini kitabların satışına yasaq, məscidlərin dağıdılması, təhsil mərkəzlərində hicaba qadağa kimi bir sıra qadağaların şahidi olub. Bu hərəkətlər xalqın, partiyaların, tanınmış ictimai və siyasi şəxsiyyətlərin, təqlid mərcələrinin, ruhanilərin və bir çox azad insanların etirazına səbəb olmuşdur. Lakin onların qulağı bu etirazları dinləmək istəmədi və ağılları “şahın küfrlə qala bilməsi mümkündür, amma zülmlə qala bilməsi yox” həqiqətini dərk edə bilmədi. Hakimiyyətdə olan indiki ailənin ən bariz anti-din hərəkəti 2010-cu ildə vahid məktəbli forması bəhanəsi isə qərb yolunu seçərək məktəbli qızların qısa ətək və yaylıqsız formada məktəb geyimi qanununu təsdiq etməsi oldu. Bu məsələ təhsil naziri tərəfindən açıqlandıqdan sonra xalqın geniş etirazı ilə qarşılandı. Çünki bu hərəkət Azərbaycan xalqının dini təlimləri ilə uyğun deyildi. Hətta Stalinin repressiya və təzyiq dövründə də öz hicabından əl çəkməyən bir xalq üçün dövlətin bu hərəkəti çox böyük təhqir sayılırdı. Hamısından təəccüblüsü isə xalqın, partiyaların, ictimai, siyasi və dini şəxsiyyətlərin, təqlid mərcələrinin, dünya müsəlmanlarının geniş etirazlarına baxmayaraq dövlətin bu qanunun icrasına təkid etməsi, milli və beynəlxalq etirazlara əhəmiyyət verməməsi, etiraz aksiyalarına qarşı güc işlətməsi, təşkilatçıları həbs etməsi idi.

İslam Partiyasının qeyrətli və mücahid rəhbəri, onun müavinləri, partiyanın əsas üzvləri və bir sıra digər etirazçılar da bu səbəbdən həbs edildi; uzun sürən məhkəmə proseslərindən sonra əsasız ittihamlarla uzunmüddətli həbs cəzalarına məhkum edildilər. Bu hadisədən sonra digər bir anti-din hərəkət həyata keçirildi və o, anqlosaks mədəniyyətindən qaynaqlanan Eurovision müsabiqəsinin keçirilməsi idi. Bu proqramı dünya sionizmi Azərbaycan xalqının adət-ənənəsini dəyişdirmək məqsədilə təşkil etmişdi. Anti-din yönümlü müsabiqənin keçirilməsinə qarşı geniş etirazlar ölkəni bürüdü. Bundan sonra yenə bir qrup islamçı həbs edildi. Onlara qarşı silah saxlamaq, narkotik maddələrin alqı-satqısı və s. kimi gülünc və əsassız ittihamlar irəli sürərək uzun müddətli həbslərə məhkum etdilər.

İslamçılara qarşı son geniş həbs dalğası 2015-ci ilin noyabr ayında İmam Hüseynin (ə) Ərbəin günləri ərəfəsində baş verdi. Bu hadisədə onlarla nardaranlı və Müsəlman Birliyi Hərəkatının üzvləri həbs edildi. Hərəkatın rəhbəri Hacı Tale Bağırzadə də həbs edildi və mövlası həzrət İmam Musa Kazim (ə) kimi dini müdafiə etmək günahı ilə uzun müddətli zindana salındı. Dünya sionizmi və imperializminin, onların azəri muzdurlarnın islamofobiya və şiəfobiya siyasətindən qaynaqlanan bu acı hadisə dövlət başında olan muzdurların simasını daha çox aşkar etdi.

 

  1. İran və Azərbaycan; laxlayan və yarım yoldaşlıq

Ali Məqamlı Rəhbərin dahiliyi ilə xalis Məhəmməd (s) İslamına söykənən hökumət yaratmağa nail olmuş və dünyada şiə mərkəzi olan İran İslam Respublikası öz missiyasına sadiq qalaraq Əhli-beyt (ə) mirasını qoruyur və Peyğəmbərin (s) buyurduğu “hər kəs müsəlmanların məsələlərinə əhəmiyyət verməsə, müsəlman deyil” prinsipi əsasında dünyada məzlum şiələri dəstəkləyir. İran İslam Respublikası yaxşı qonşuluq, dini və mədəni ortaqlığa diqqət etməklə Azərbaycan Respublikası öz müstəqilliyini elan etdiyi ilk günlərdən bu ölkənin müstəqilliyini tanıdı, siyasi hakimiyyətini tanımaqla yanaşı onun xalqına da hərtərəfli dəstək oldu, Qarabağ müharibəsi kimi böhranlı günlərdə heç bir köməyini Azərbaycandan əsirgəmədi; maddi yardımlardan əlavə səhiyyə, məskən və hərbi müşavirə dəstəkləri verdi. Təəssüflər olsun ki, bir müddətdən sonra bu ölkə başçıları bütün bu köməkləri inkar və İranı Ermənistanı himayə etməkdə ittiham etdilər. Bunun əvəzində münaqişədə həlak olmuş kiçik bir qrup türkiyəli üçün abidə ucaltdılar və Türkiyənin az dəstəyini çox kimi qələmə verdilər. 2003-cü ildə Azərbaycanın XİN-i tərəfindən çap edilmiş “Heydər Əliyev və Şərq” kitabında İranın Azərbaycana etdiyi yardımlardan geniş söz açılmasına baxmayaraq, bu ölkənin media və siyasətçiləri bunun əksinə olaraq İran əleyhinə geniş və davamlı olaraq təbliğat aparırlar. Bu hərəkətlər əsasən, Azərbaycanın dövlət başçılarının sionist rejimi və qərb imperializmini razı salmaq istiqamətində baş tutu. Bütün bunlar İran-Azərbaycan münasibətlərini yarımdost və silkələnən vəziyyətdə saxlayır. İranda 11-ci dövlətin (Həsən Ruhani dövləti) hakimiyyətə gəlməsindən sonra İran və Azərbayacan arasında yaxşı münasibətlər yarandı. Bu məsələ hamının istəyincə oldu. Amma bu arada Nardaran hadisəsi və çoxlu islamçının İrana casusluq etmələri adı altında həbs edilməsi, tanınmış ruhani Hacı Sərdar Həsənlinin İranda dini təhsil aldığı üçün zindana salınması, Hacı Cavad məscidinin sökülməsinə xalq etirazları hadisəsində prezidentin köməkçisinin İrana qarşı ittihamları, Milli Məclisin bəzi deputatlarının davamlı olaraq İran əleyhinə açıqlamaları, millətçilərin və separatçıların İran əleyhinə sərbəst fəaliyyətinə icazə vermək və onlarla bunlar kimi hadisələr bu həqiqətlə təzad təşkil edir və bu dostluğu qəbul etməyi çətinləşdirir.

Bu arada Azərbaycan tərəfinin hərəkətindən daha çox diqqəti çəkən məsələ İran İslam Respublikasının xarici siyasət aparatlarının qeyri-aktiv əməl etməsidir. Belə ki, bütün bu hadisələrə göz yummuşdur.

  1. Ayətullah Amili və Qafqaz şiələrini müdafiə etməsi

İslam ən kamil və son ilahi din olaraq beynəlxalq bir missiyanı öhdəsinə alır. Mütəal Allahın kəlamından aydın olur ki, İslam dini bütün dinlərə hakim olacaq: “Onu (İslamı) bütün dinlərin fövqündə etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!” (“Tövbə” surəsi, ayə 33)

Bu əsasla, İslamın beynəlxalq təbliği İslamın gəlişinin ilk dövrlərindən ortaya çıxmış bir zərurətdir və Peyğəmbəri-əkrəm (ə) özü şəxsən bu məsələyə xüsusi diqqət edirdi. Şiə aləminin alim və ruhaniləri də buna əsasən İslamın təbliğinə sərhədsiz baxmış, İslam maarifi, hökmləri və şiə məktəbi ilə zidd olan hər hansı bir hadisəni müşahidə etdikdə bütün gücləri ilə ona reaksiya vermişlər, yaxşılığa dəvət və pislikdən çəkindirmək kimi ilahi vacib vəzifəni yerinə yetirmişlər. Bu mühüm məsələ Ali Məqamlı Rəhbər həzrət Ayətullah əl-üzma Xameneinin 2009-cu il mayın 1-də Fars əyalətinin ustad və tələbələri ilə görüşündəki çıxışında belə təsvir edilir: “Bu günləri keçmişdən fərqli olaraq ruhanilərin təsiri təkcə fərdi və məhdud ictimai hövzələrə xülasələnmir. Ruhanilər İslam Respublikası hökumətinin sayəsində bəşəri mənəvi hidayətə dəvət etməlidir. Bu məsələnin bir çox narahatlıq və ağır məsuliyyətləri vardır.”

Maddilik və mənəvi hidayət yoxsulluğu ilə üzləşmiş müasir dünya hər vaxtdan daha artıq olaraq din böyüklərinin mənəvi hidayətinin intizarındadır ki, bununla, nəfsi asılılıqlardan yaxa qurtarsın və öz ilahi fitrətinə dönsün. Müasir dövrümüzdə bəsirətli, mübariz, şücaətli, dirayətli, zaman və məkana bağlı olmayıb İslam təlimlərini və şiənin xalis mədəniyyətini tərvic verən, öz varlığının günəş nurları ilə haqqsevərləri ilahi nidaya dəvət edən alim və fəqihlərdən biri də həzrət Ayətullah Seyid Həsən Amilidir. Mübariz və mücahid fəqih Cəbəl Amilin qeyrətli və tanınmış seyidlərindəndir və  Ayətullah əl-üzma Mərəşi Nəcəfinin yazdığına görə, nəsəb baxımından Azərbaycan seyidlərindən sayılır. İndi təqvalı fəqihin şöhrəti təkcə İranda deyil, İslam aləminin müxtəlif ölkələrində, Qafqaz şiələri arasında, xüsusilə də Azərbaycan, Gürcüstan, Dağıstan, Türkiyə ələviləri, Avropa şiələri, hətta Ərəbistanın Qətif əyalətinin şiələri arasında dillər əzbəri olmuşdur və onu mənəvi-dini rəhbər kimi qəbul edirlər, irfani və Quran maarifinin həqiqətlərini ehtiva edən çıxışları və xütbələri müqəddəs məhsul və dəyərli sərmayə kimi əldən-ələ gəzir, uşaqdan böyüyə, adi şəxsdən alimə kimi onun kəlamlarındakı ruha qida verən, mənəvi yoxsulluğu aradan qaldıran həqiqətlərə cəzb olmuşdur.

İnsanlar tərəfindən sevilən təqvalı fəqih Seyid Həsən Amili, Ayətullah Səadətpərvər (Pəhləvani) və Əhməd Miyanəci kimi böyüklərin əxlaq və irfan məclislərində təlim-tərbiyə almışdır. Onun haqqında danışmaq bu müxtəsər məqaləyə sığmır və təkcə zahid arif mərhum həzrət Ayətullah Şeyx Cavad Kərbəlainin onun haqqında dediyi bir kəlamı qeyd etməklə kifayətlənirik: “Seyid Həsən Amili ilə tanış və yaxın olduğum bu uzun müddət ərzində onda bir zərrə də olsun nəfsi istək görmədim və özünü əxlaqi fəzilətlərlə bəzəmiş gördüm.”

Ayətullah Amilinin şəxsiyyəti onu bəyan etməkdən çox geniş və dərindir. Amma hamı üçün aydın olan budur ki, onun həyatı mücahidliklə yanaşı, şüar və şöhrətdən uzaq, məsləhət və Məhəmmədin (ə) əməli əxlaqından örnək götürmək əsasında olaraq insanları söz və şüar ilə deyil, öz rəftarları ilə mənəvi fəzilətlərə dəvət edir. Dini bəsirəti, agahlığı, gündəlik məsələlərə vaqif olması, daxili və beynəlxalq məsələlər barədə heyrətli və özünü doğruldan proqnozları, dövlət məsullarına gizli xəbərdarlıqları və onlarla digər xüsusiyyətlər bu mübariz fəqihin ilahi inayətlər olan gözəl tədbir və istedadlarından qaynaqlanır. Ona görə də belə bir alimi zaman və məkanla məhdudlaşdırmaq çox səhv bir fikir olar. Hal-hazırda çox lazım və zəruridir ki, belə bir mücahid alimin tədbir və zəkasından təkcə onun məsuliyyət daşıdığı mədəni dairənin –Ərdəbilin – iş və probelmlərinin həllində deyil, dövlətin böyük işlərində, həmçinin İslam dünyası, xüsusilə də şiə ölkələrinin məsələlərinin həllində istifadə olunsun.

Ayətullah Amilinin son illərdə təqdirə layiq işlərindən biri də Qafqaz regionunda vilayəti qorumaq, bu diyarın, xüsusilə də Azərbaycan Respublikasının şiələrini müdafiə etmək olmuşdur. Bu məsələ onun din alimi kimi öz şəri və mənəvi vəzifəsini yerinə yetirmək, dünya sionizmi tərəfindən hər gün yeni bir şübhə və mövzu ilə üzləşən Qafqaz şiələrinin meyl, ehtiyac və məsləhətini nəzərə almaq əsasında həyata keçmişdir. Hal-hazırda onların bu mədəni və siyasi hücumlarda əsas mənəvi hamisi öz mübariz və mücahid əcdadlarının saleh varisi şücaətli və qeyrətli alim həzrət Ayətullah Amilidir.

Nəticə

İran İslam Respublikası inkaredilməz zərurət olan öz dini missiyasına uyğun olaraq bütün dünyada şiə məktəbini müdafiə etməlidir. Bu missiyada lazımdır ki, dünyanın məzlum şiələri müdrik, bənzərsiz və Allahın inayəti ilə şiələrin qüdrətli siyasətini öhdəsinə almış alimin rəhbərliyi altında idarə olunan bir ölkənin himayəsində olsunlar. Bu arada vilayəti müdafiə etməkdən başqa heç bir günahı olmayan Azərbaycan Respublikasının islamçı şiə məhbusları himayə etmək bütün işlərin fövqündə dayanmalıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button