ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan Rusiyadan 4 dəfə ucuz qaz verir

Bolqarıstana tədarük edilən Azərbaycan təbii qazının qiyməti Rusiyanın tədarük etdiyindən 4 dəfə ucuzdur

Bunu Bolqarıstanın Enerji və Su Tənzimləmə Komissiyasının sədri İvan İvanov deyib.

İ.İvanov noyabr ayı üçün təbii qazın qiymətləri ilə bağlı açıq iclasda bildirib ki, Bolqarıstan Azərbaycandan ildə razılaşdırılmış 1 milyard kubmetr qazdan cəmi 350 milyon kubmetr qaz idxal edir.

“Bulgargaz” şirkətinin rəhbəri Nikolay Pavlov qeyd edib ki, Azərbaycan və digər tədarükçülərin qazının bütün qiymət üstünlükləri istehlakçıların xeyrinədir.

Qeyd edək ki, Azərbaycan qazının 878 kilometrlik TAP qaz kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci ilin dekabrın 31-dən başlayıb. Qaz kəməri “Şahdəniz” yatağından Yunanıstan və Albaniyadan keçməklə ildə 10 milyard kubmetr təbii qazın Qərbi Avropaya nəqli üçün nəzərdə tutulub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button