ArxivXəbər lentiXəbərlər

Azərbaycan Ruhanilər Məclisi Nardaran Ağsaqqallar Şurasının sədrinin həbsi ilə bağlı bəyanatı

Azərbaycan Ruhanilər Məclisi (ARM) Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun həbsi ilə bağlı bəyanat yayıb.

 İslaminsesi xəbər verir ki, bəyanatda bildirilir:

 “Bismillahir-rəhmanir-rəhim

 Azərbaycan Ruhanilər Məclisi (ARM) son günlərdə Nardaran Ağsaqqallar Şurasının sədri Hacı Natiq Kərimovun  həbsə məhkum edilməsini pisləyir və atılan addımı inanclı insanın siyasi fəaliyyəti ilə bir başa əlaqəli hesab edir.

 Hacı Natiq Kərimov şəxsiyyəti bu ölkədə məchul sima deyildir.  Biz onu ölkənin çiçəklənməsi istiqamətində dinc və sağlam mübarizə yolu seçmiş insan kimi tanıyırıq.

 Azərbaycan Ruhanilər Məclisi (ARM) ölkədə mövcud olan neqativ halları dilə gətirən insanların əsassız ittihamlarla həbs edilməsini idarəetmənin uğurlu yolu hesab etmir, əksinə ictimai nəzarəti bitirən amil kimi qəbul edir. ARM  ölkədə mövcud olan bu ağır durumda vətəndaşların istək və sıxıntılarını dilə gətirən insanların əzilməsini bir mənalı olaraq yol verilməz hesab edir.

 Azərbaycan Ruhanilər Məclisi “

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button