ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan Respublikasının Hirkan Milli Parkında yanğın söndürülüb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Hirkan Milli Parkının bir hissəsində yanğının söndürüldüyünü bildirib.

Qafqaz.ir  xəbər verir, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi, Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları cəlb olunublar.

Yanğının söndürülməsinə relyef şəraitinin mürəkkəbliyi, habelə havanın küləkli olması mane olur. Bununla belə, yanğının daha geniş əraziyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.

Yanğın son üç gündə başlayıb. İlkin qiymətləndirmələrə görə, meşənin iki hektara yaxın ərazisində ot, kol və qurumuş ağac qırıqları yanğına məruz qalıblar. Lakin hələlik yekun xəsarətlər elan olunmayıbdır.

Azərbaycan Respublikası ərazisindəki Hirkan meşələrinin ümumi sahəsi 20 min hektara yaxındır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button