ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan Respublikasında İrana qarşı növbəti dezinformasiya

Gülünc iddia: Tehran Ermənistan ordusunu döyüşə hazırlayacaq!

Qafqaz.ir-nin məlumatına əsasən,Oxu.az portalı əks-inqilabçı “Azad İran” adlı telegram kanalına istinadla yeni bir saxta məlumat yayıb. Bildirilir ki, İran Ermənistana ali rütbəli hərbi müşavirlər göndərib.

İddiaya görə, hərbi müşavirlər guya Ermənistan ordusunun döyüş hazırlığının yüksəldilməsi üçün bu ölkəyə göndərilib.

Yazıda həmçinin bir müddət əvvəl İrana məxsus PUA-ların Azərbaycan sərhədində uçuş həyata keçirməsi də xatırladılıb. Qeyd olunub ki, İran PUA-larının kəşfiyyat uçuşları təsadüfi deyil, məqsədyönlü xarakter daşıyır. Belə ki, bununla İran Naxçıvanda keçirilən təlimlər və Azərbaycan ordusunun Qarabağdakı bölmələrinin yerdəyişmələri barədə Ermənistana məlumat ötürür.

Bu günlərdə Tehran-Bakı əlaqələrinin yüksələn xəttlə inkişaf etməsindən narahat olan muzdlu dairələr bu kimi saxta məlumatları tirajlamaqla İran ilə Azərbaycanın əlaqələrinə xələl gətirməyə çalışırlar. Azərbaycan dövlətinin İranla dostluq əlaqələrini möhkəmlətmək siyasətini nəzərə alaraq təxribat xarakterli dezinformasiya yayan mediaları cilovlamaq zərurət daşıyır. Zira sirr deyil ki, onlar üçüncü dövlət tərəfindən idarə olunur və əlaqələri pozmağı qarşıya məqsəd qoyublar.

Prezident İlham Əliyev isə hələ 2014-cü il noyabrın 13-də iranlı həmkarı Həsən Ruhani ilə görüşündə bunun qəti əleyhinə olduğunu vurğulamışdı. “Heç bir üçüncü tərəf bizim aramıza girə bilməz. Biz buna imkan vermirik və verməyəcəyik. Baxmayaraq ki, belə cəhdlər var. Hər iki tərəfin güclü iradəsi heç vaxt imkan verməyəcək ki, münasibətlərimizə kimsə qarışsın, hansısa təxribat törətsin və beləliklə, öz istəyinə nail olsun. Bunun qarşısını alan hər iki dövlətin güclü siyasi iradəsidir və eyni zamanda, İran və Azərbaycan cəmiyyətlərinin bu siyasətə olan dəstəyidir. Bu olmasa, əlbəttə ki, işimiz yarımçıq qala bilər” – deyə Azərbaycanın dövlət başçısı bəyan etmişdi.

Bu rəsmi mövqeyi nəzərə alaraq, hazırda tıxribatçı mediaları durdurmaq üçün əsas məsuliyyət Azərbaycan dövlətinin üzərinə düşür və bu dövlət sözü gefən məsələdə özündən siyasi iradə nümayiş etdirməlidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button