ArxivXəbər lentiXəbərlər

Azərbaycan Respublikası prezidenti Minsk qrupunun həmsədrlərini tənqid edib

Azərbaycan Respublikası prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini tənqid edib. Bildirib ki, vasitəçilər Ermənistan tərəfinin azğınlaşmış hərəkətlərinə adekvat reaksiya vermirlər.

APA-nın məlumatına görə, İlham Əliyev Pyer Andryu (Fransa), İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik ilə görüşdə vurğulayıb ki, Ermənistan hazırda regionda böyük təhlükə mənbəyinə çevrilib.

Azərbaycan Respublikası prezidenti bildirib ki, Ermənistan yeni siyasi təxribata əl atıb, Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu bəyan edib: “Bu, dözülməz, hətta Ermənistanın rəsmi mövqeyinə belə zidd olan bəyanata da, əfsuslar olsun ki, vasitəçilər tərəfindən heç bir cavab verilməyib”.

Azərbaycan Respublikasının dövlət başçısı vurğulayıb ki, bütün bunlar Azərbaycan tərəfində böyük təəssüf hissi doğurur və vasitəçilərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyasına kölgə salır.

ATӘT-in Minsk qrupunun rusiyallı hәmsәdri İqor Popov bildirib ki; “Dağlıq Qarabağ məsələsində həmsədrlər arasında fikir ayrılığı yoxdur”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button