ArxivXəbər lentiXəbərlər

Azərbaycan Respublikası əcnəbilərin məkrli planları qarşısında müqaviməti vurğulayıb

Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi bildirib: Rəsmi Bakı əcnəbilərə Azərbaycanı regional və beynəlxalq siyasətində vasitəyə çevirməyə imkan verməyəcək.

İRNA-nın məlumatına görə, Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov cümə günü internet vasitələrində və ictimai şəbəkələrdə milli və mənəvi dəyərlərin qorunması iclasında deyib: Azərbaycan öz ərazisindən region və qonşu ölkələrə qarşı hər hansı istifadəyə mane olacaq.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi bildirib: Bəzi ölkələr Azərbaycanın enerji ehtiyatlarından sui-istifadə etməyə çalışırlar. Lakin hökumət onların istəyi qarşısında iradəsi ilə dayanacaq.

Bəzi qüvvələr və ölkələrin prezident seçkiləri ərəfəsində Azərbaycanda destabillik yaratmaq üzrə səylərinə toxunan Həsənov xatırladıb: İctimai dəstəyə malik olmayan hər hansı təzyiq uğur qazanmayacaq.

2018-ci il 11 apreldə Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button