ArxivXəbər lentiXəbərlər

Azərbaycan R-da F.Gülənin tərəfdarları barədə təhqiqatlar başlanıb

Azərbaycan Respublikasının baş porkuroru bu ölkədə Hizmet hərəkatının rəhbəri Fəthullah Gülənin tərəfdarları barədə təhqiqatların başlanmasından xəbər verib.

IRIB-nin məlumatına görə, Azərbaycan Respublikasının baş porkuroru, Fəthullah Gülənin tərəfdarlarının bu ölkədə hər cür qanunsuz hərəkətinin qarşısını almaq üçün bu hərəkətə əl atıb.

Azərbaycan Respublikasının baş porkurorunun sözçüsü Eldar Sultanov bildibir ki, Fəthullah Gülənin tərəfdarları barədə təhqiqatlar baş prokurorluğun ağır cinayətlər üzrə təhqiqat idarəsi tərəfindən həyata keçirilir. O, qeyd edib ki, hazırda bununla bağlı lazımi cinayət təhqiqatları davam edir.

Türkiyə dövləti Fəthullah Güləni 237 nəfərin ölümü ilə nəticələnmiş bu ölkədəki son çevrilişdə əli olmaqda ittiham edibdir.

Ankara bu çevrilişin ardınca müxtəlif orqan və aparatların Gülənin tərəfdarlaından təmizlənməsi çərçivəsində təqribən 80 min nəfərin işini dayandırıb, çıxarıb və ya həbs edibdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button