ArxivXəbər lentiXəbərlər

Azərbaycan prezidentinin Almaniya xarici işlər naziri ilə görüşü

Azərbaycan prezidenti İlham Əliyev iyulun 8-də Varşavada Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer ilə görüşüb.

APA-nın məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında geniş fikir mübadiləsi aparılıb.

Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer bu xüsusda deyib: Qarabağ münaqişəsinin davam etdiyi sürə boyunca tərəflər silahlanmanı davam etdirəcəklər və bu da Ermənistan ilə Azərbaycan arasında müharibə təhlükəsini artırmış olacaq.

Ştaynmayer bu münaqişənin sonlandırılmasında ATƏT-in konstruktiv rolundan danışıb və deyib: qarşılıqlı etimadın gücləndirilməsi və münaqişənin həlli üzrə müzakirələrin aparılması ATƏT-in yekun hədəflərindən sayılır və bu məsələ uzun zamana ehtiyaclıdır.

NATO ölkələri sammiti cümə günü Polşanın paytaxtı Varşavada işə başlayıb.

Sammit iştirakçıları Yaxın Şərq, Əfqanıstan, İŞİD terrorizmi və digər məsələlər barədə müzakirə aparacaqlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button