ArxivXəbər lentiXəbərlər

Azərbaycan prezidenti işğal edilmiş ərazilərin azadlığına təkid etdi

Azərbaycan Respublikası prezidenti İlham Əliyev ölkəsinin ərazi bütövlüyünün qorunması və işğal altında olan ərazilərin azad edilməsinə təkid edib.

İRİB-nin verdiyi məlumata görə, prezident İlham Əliyev bir telemüsahibədə işğalçı Ermənistan ordusunun Azərbaycan ərazilərindən çıxmasına təkid edib.

İ.Əliyev yalnız işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxması və bu ərazilərin həqiqi sahiblərinin öz evlərinə geri dönməsini regionda sülh və təhlükəsizliyin bərqərar edilməsinin yeganə yolu adlandırıb.

Azərbaycan prezidenti daha sonra ölkəsinin ərazi bütövlüyünün təmin edilməsini istədiyini və Qarabağın müstəqilliyini heç bir vəchlə qəbul etməyəcəyini vurğulayıb.

Azərbaycan və Ermənistan, Dağlıq qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti yürütməsi ilə başlandı və 1992-ci ildə hərbi toqquşmalar ilə nəticələndi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button