AktualAktualArxivXəbər lentiXəbərlər

Azərbaycan mücahidlərinin “Allahu Əkbər” səsi Xocalının qanlı darvazalarını fəth etməyə qadirdir

Əli Süleymaniyan

Qarabağ yaralıdır və dünyanın bütün məzlumlarının, azadlıqsevərlərinin ürəyi qanla dolu. Amma ürək yanğısı ilə baxmaqdan və düşmənin zəhərli xəncərinin hər an saplana biləcəyini, İslam övladlarının qanını axıdacağını gözləməkdən başqa nə etmək olar? Azərbaycanın xain, satılmış dövləti və Ermənistanın işğalçı, cinayətkar dövlətinin hər ikisi imperializmin qulluğundadır və məzlum Qarabağın azad olunması yolunu bağlamışdır.

Qarabağ böhranı şərq super-gücünün sümüklərinin sınması səsinin gəldiyi və parçalanmasının məcbur qəbul edildiyi ilk zamanlardan başladı. Böhranın əsas səbəbi təzə respublikalaraqərb və İslam İnqilabının nüfuz etməsindən qorxan Moskvanın öz sayəsini bu ölkələr üzərində saxlamaq istəməsi idi. Bu da şərq və qərb imperialistlərinin İslam İnqilabi ilə kəsişdiyi yerdə super-güc ölkələrin siyasi balans yaratmaq üçün bəhanəsinə döndü.

Cənibu Qafqaz ölkələrin müstəqilliyini əlindən almaq məqsədilə alovlanmış Qarabağ konflikti Sovetlər Birliyinin dövründə bir müddət sönsə də bu imperiyanın parçalanması dövrlərində yenidən baş qaldırdı, şərq və qərb güclərinin bir-biri ilə pəncələşməsi üçün tələ yeminə çevrildi, atəşkəsin zamini çəkildi və faciə yarandı.

Qarabağ, imperialistlərin çəkişməsinin qurbanıdır. Bu böhrana son qoyulmaması, Qarabağ və onun ətrafında olan məntəqələrin azad olunması üçün iradə edilməməsinin səbəbi İslam İnqilabının genişlənməsindən, onun imperializmin və müttəfiqlərinin sərhədlərinə doğru irəliləməsindən qorxmalarıdır. Ona görə də Qarabağı Ermənistanın işğalında saxlayacaqlar və Azərbaycanın imperializm rəhbərlərinə sadiq hökuməti İslamın bir parçası olan Qarabağı azad etmək üçün addım atmayacaq. İmperialistlərin istəyi ilə bəzən bu yaranın üstü açılır ki, İslam İnqilabının Azərbaycana, ya Ermənistana nüfuz edə bilməsinin qarşısı alınsın.

Qarabağ münaqişəsi elə zirəkliklə hazırlanıb ki, bütün mümkün surətdə İran İslam Respublikasının zərərinə tamamlanır. Gördüyümüz kimi bir tərəfdən İran münaqişəyə birbaşa və aşkar hərbi müdaxilə edə bilmir. Çünki bu münaqişədə Moskva və qərbin göz yuma bilmədikləri ortaq maraqları vardır. Ona görə də İranın konfliktə hərbi müdaxiləsi ölçüsü bilinməyən bir müharibəyə girmək deməkdir. Digər tərəfdən də sükut, yaxud tərəfsiz mövqe tutmaq münaqişənin layihəsini hazırlayanların niyyətini həyata keçirmək və məzlum xalqların İran İslam Respublikasının dəstəyindən ümidlərini üzmək, İslam İnqilabının böyük ideyasını məğlubiyyətə uğratmaq deməkdir.

İran İslam Respublikası Qarabağ müharibəsinin başladığı ilk illərdən orta mövqe seçdi. Baxmayaraq ki, bu mövqe onun zərərlərinin ölçüsünü lazım olan həddə azalda bilmədi. İran, Qarabağ müharibəsində Azərbaycan Respublikasına siyasi, hərbi sahədə dəstək verməklə, silah göndərməklə kömək etməyə başladı. Lakin, sonda Azərbaycan Respublikasının dövlət və ordu başçılarının xəyanəti, onların imperializmə qulluğu nəticəsində konfliktin həll olmasına, Qarabağın işğaldan azad olmasına mane olundu və köhnə yaranın sağalmasının qarşısı alındı.

Qarabağ yaralıdır və dünyanın bütün məzlumlarının, azadlıqsevərlərinin ürəyi qanla dolu. Amma ürək yanğısı ilə baxmaqdan və düşmənin zəhərli xəncərinin hər an saplana biləcəyini, İslam övladlarının qanını axıdacağını gözləməkdən başqa nə etmək olar? Azərbaycanın xain, satılmış dövləti və Ermənistanın işğalçı, cinayətkar dövlətinin hər ikisi imperializmin qulluğundadır və məzlum Qarabağın azad olunması yolunu bağlamışdır.Azərbaycan mücahidlərinin qarşısı alnmasa, onların “Allahu Əkbər” səsi Qarabağın azad edilməsinə yol açmağa, əzab-əziyyət içərisində olan, ürəyi dağlı müharibə köçkünlərinin üzünə Xocalının qanlı darvazalarını fəth etməyə qadirdir.

İnqilab diplomatiyasınn sosial tələblərə ehtiyacı vardır. Yenidən baş qaldırmış Qarabağ münaqişəsində İran İslam Respublikasının XİN-i öz adətinə uyğun olaraq inqilabçı və İslam Respublikasının şənində olan bir  hərəkət etmək əvəzinə, hazırkı durumun tələb etmədiyi bir mövqe seçmişdir. Bu çox acıdır, amma təəccübə də yer qalmayıb. Diplomatiya aparatı nə vaxt və harada inqilabçı addım atmışdı ki, bu dəfə də inqilabçı hərəkət etsin?!

Çox acılar olsun ki, inqilabın ictimai strukturu İslam İnqilabı və onun ideyaları ilə ayaqlaşa və onunla birlikdə irəliləyə bilməmişdir. İnqilabın hədəf və ideyalarını daha yüksək səviyyədə irəli aparmaq üçün kifayət qədər mühərrik qüvvəsinin – fəal ictimai strukturunun – olmamasının səbəbi diplomatiya aparatında olan tənbəllik, şəraitin düzgün və vaxtında dərk edilməməsidir. İnqilabın ictimai strukturu aktiv bir orqana çevirməyincə və ideyalarımızı hərəkətə gətirib ona güc bəxş etməyincə, iş indiyə kimi getdiyi bu minvalla da gedəcək.

Bürokratizmdə çöküşün mahiyyəti və diplomatiyanın xasiyyəti budur ki, bütün işlərə qarşı passiv və konservativ əməl edilir. Əgər işdə ciddi tələbkarlıq olmasa, bundan başqa bir vəziyyətə ümid bağlamaq, əsassızdır. İnqilabçı strukturun tələbkar olmamağı neçə illər ötməsinə baxmayaraq hələ də diplomatiya aparatını və digər səlahiyyətli orqanları passiv və konservativ yanaşmanı kənara qoymağa məcbur edə bilməyib, Qarabağ müharibəsi zamanı İran İslam Respublikasının Azərbaycan Respublikası xalqına silah-sursat, hərbi təlim və müşavirə, siyasi və maddi dəstəklərini hələ də açıqlaya bilməmiş, Ermənistan dövləti ilə Tehranda aparılan müzakirələrdə Azərbaycanın dövlət başçılarının öz xalqına etdiyi tarixi xəyanəti ifşa edə bilməmişdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button