ArxivmədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycan Milli Məclisin deputatı: “UNESCO Ermənistanın qanunsuz əməllərinə adekvat reaksiya verməlidir”

“Ermənistan 30 ilə yaxın işğal altında saxladığı ərazilərimizdə xalqımızın mədəni, tarixi və dini abidələrinin dağıdılması və ya erməniləşdirilməsi kimi qanunsuz əməllər həyata keçirib. Vətən müharibəsi nəticəsində torpaqlarımızı erməni əsirliyindən azad etdik və erməni vandalizmini əyani şəkildə gördük”.

Qafqaz.ir Apa-ya istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Məclisin deputatı Fatma Yıldırım bildirib.

Fatma Yıldırım qeyd edib ki, ermənilər yalnız irsimizi məhv etməyə çalışmaqla kifayətlənməyib, Qarabağın mədəniyyət nümunələrini xaricə satmaqla, erməni “irsi” kimi təqdim etməklə məşğul olub: “Ermənilər bu çirkin əməllərini davam etdirməkdədir. Belə ki, onlar Şuşadan oğurlayaraq apardıqları xalçaları fevralın 20-də Yerevanda nümayiş etdirəcəklər. Şuşa Xalça Muzeyinin eksponatları olan həmin xalçalar Şuşadan Ermənistana aparılıb. Xalçaların ən qədiminin 350 ilə qədər yaşı var”.

Azərbaycan Millət vəkilinin sözlərinə görə, bu xalçalar doğma Şuşamıza məxsus olan milli irs nümunələridir. Həmin xalçalar ümumilikdə Qarabağımızın tarixi-mədəni keçmişini, dəyərlərini özündə əks etdirir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button