ArxivXəbər lentiXəbərlər

Azərbaycan mətbuatı Şəhid zabitə belə iftira atdı

Şəhid seyyid Məhdi Cudi Sani 3 iyul 1983-cü ildə Məşhəd şəhərində anadan olub.

Vetenugrunda.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, Məhdi Cudi Xanım Zeynəbin (s.ə) müqəddəs hərəminin müdafiəsi məqsədilə Suriyaya yollanıb.

Şəhid zabitin Suriyada İŞİD və ən-Nusra terrorçularına qarşı döyüşlərdə göstərdiyi igidlik dillərdə əzbər olub. O, bu ilin 11 iyulunda Suriyanın Hələb şəhərində şəhid olub. İrana gətirilərək Məşhəddə dəfn edilib.

Lakin ölkəmizdə vəhabi və ən-Nusra kimi terror təşkilatlarını daim oxuculara azadlıq ordusunun döyüşçüləri kimi sırıyan “jurnalistlər” və onların təmsil olunduğu media qurumları belə mötəbər şəhid haqqında iyrənc iftiralar yazmağa başladı.

“Əsədin hərəmxanasını qoruyan zabit öldürüldü” başlıqlı xəbərdə bu iyrənc saytlar şəhid zabid Məhdi Cudinin guya Hələbdə Suriya prezidenti Bəşər Əsədin hərəmxanasını oruyarkən Suriyanın azadlıq döyüşçüləri tərəfindən öldürüldüyünü yazır. Çox gülməlidir. Bu eyni zamanda saytda çalışanların və sayt rəhbərliyinin savadsızlığının göstəricisidir.

Çünki Dəməşqdə yaşayan Bəşər Əsədin hərəmxanası Hələbdə niyə olur? Yəni bu “jurnalistlər və onların təmsil olunduğu KİV-lərin savadsız və acgöz sahibləri bütün ömürlərini ancaq nə yolla olur olsun, pul qazanmağa həsr etdiklərindən sadəcə olaraq, kitab oxumağa və dünya xəritəsinə baxmağa vaxt tapmayıblar.

Əgər zamanında oxusaydılar belə cahil qalmazdılar. Cahildirlər ki, islam dünyasının şəhidinə “hərəmxana qarovulçusu” adı verirlər. Allah belə cahilləri hidayət etsin.

Allah şəhidimizə rəhmət eləsin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button