ArxivXəbər lentiXəbərlər

Azərbaycan məktəbində daha bir biabırçılıq – FOTO

Son zamanlar Azərbaycan təhsilində inkişafın getməsi barədə danışılsa da, hələ də kifayət qədər problemlərin olması göz qabağındadır. Problem təhsilin müxtəlif sahələrini əhatə edir. Bu, dərsliklərdəki çatışmazlıqlar, müəllim-şagird münasibətləri, istilik problemi, bərbad sinif otağı, pulsuz kitabların pulla satılması və sair barədə hələ də danışılır.

FaktXəbər-in məlumatına görə, bir müddət bundan əvvəl Hövsan məktəbində direktorun şagirdlərə etik normalardan kənar cavab verməsi məsələsi yaddan çıxmamış, indi də daha bir məktəb barədə qalmaqallı şəkil yayılıb. Orta məktəblərimizdə yavaş-yavaş elektron lövhələrə keçirilməsinə baxmayaraq, bu məktəbdə divardan sılmalı olan lövhəni iki nəfər oğlan şagird əllərində saxlayır. Başqa bir qız şagird isə lövhədə tapşırıq yazır. Bu məktəbin Biləcəri qəsəbəsindəki 300 saylı məktəb olmasını söyləmələrinə baxmayaraq, apardığımız araşdırma zamanı bu məlumat təsdiqini tapmadı.

Hər hansı məktəb olmasına baxmayaraq, bu məktəbin Azərbaycanda yerləşdiyi dəqiqdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button