ArxivXəbər lentiXəbərlər

Azərbaycan İsrailin əleyhinə səs verdi, ABŞ müdafiəsinə qalxdı

30 ildir beynəlxalq güclər İsrailin nüvə silahlarını müdafiə edir

FaktXəbər-in məlumatına görə, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Baş Məclisinə Ərəb Liqası ölkələri tərəfindən təqdim olunan “İsrailin nüvə fəaliyyətlərinin yoxlanması, Nüvə Silahlarının Yayılmaması Müqaviləsini (NPT) və BAEA-nın tələblərini qəbul etməyə məcbur edilməsini” tələb edən layihə səsverməyə təqdim olunub.

Keçirilən səsvermədə layihə səs çoxluğu ilə rədd edilib. Səsvermədə 61 ölkə layihənin əleyhinə, 43 ölkə lehinə səs verib, 33 ölkə bitərəf qalıb.

Başda Ərəb ölkələri olmaqla Türkiyə, Rusiya, Çin və Azərbaycanın layihənin lehinə səs verdiyi iclasda, ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Kanada və Avstraliya kimi ölkələr əleyhinə səs verib.

Səsvermədən sonra İsrail nümayəndəsi, layihə əleyhinə səs verən ölkələrə təşəkkür edib.

Qətər nümayəndəsi isə Yaxın Şərqin nüvə silahlarından təmizlənilməsini dəstəkləyən ölkələrin layihəyə “xeyr” səs verdikləri üçün təəssüfləndiyini bildirərək, “Ərəb qrupu olaraq İsrailin nüvə fəaliyyətlərinin yoxlanması layihəsini qarşıdakı illərdə gündəmə gətirməyə davam edəcəyik”, – deyib.

Ərəb liqası ölkələri tərəfindən 1987-ci ildən bu yana Baş Assambleyaya hər il təqdim olunan “İsrailin nüvə fəaliyyətləri” adlı layihə rədd edilir.

Layihənin qəbul edilməsi halında İsrailin gizli apardığı nüvə fəaliyyətləri auditorların nəzarətinə açılmaq məcburiyyətində qalacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button