ArxivXəbərlər

Azərbaycan İslam Partiyasının rəhbərliyi Seyid Musarza ilə görüşdü

Azərbaycan İslam Partiyasının rəhbərliyi Seyid Musarza ilə görüşdü

Azərbaycan İslam Partiyasının rəhbərliyi Seyid Musarza ilə görüşdü - FOTO

Mübarizə əzmindən dönməyənlər cəmiyyət üçün əsil nümunədir

İslaminsesi.az-ın verdiyi xəbərə görə, bu gün  AİP idarə heyətinin üzvləri  islamçı fəal,  həbsxanadan yenicə çıxmış Hacı Seyid Musarza Heydərovla yaşadığı Binə qəsəbəsində, evində  görüşüblər. Hal-əhval tutduqdan sonra hacı həbsxana həyatına dair təəssüratlarını qonaqları ilə bölüşüb.

“Haqsız yerə, həm də Allah yolunda məhbəs həyatının özü də müsəlman üçün azadlıq və əcr sayılır”, – deyə Seyid Musarza mübarizə ruhiyyəsinin əvvəlkindən də yüksək olduğunu vurğulayıb.

Hacı deyib ki, biz digər dünyəvi məsələlərdən fərqli olaraq dinimizə, Quranımıza, ümumən Allah-Təalanın hər bir müsəlman üçün vacib bilib buyurduğu əməllərə qarşı mübariz olmalıyıq. Bu, bizim, ümumən bütün möminlərin müqəddəs vəzifəsidir.

AİP sədr əvəzi Hacı Elçin Manafov və qurumun üzvləri  istər məhbəs dövründə, istərsə də hazırda yüksək əhval-ruhiyyəsinə görə, Hacıya dərin təşəkkürlərini bildiriblər, Allaha sidqi-ürəkdən bağlılığına görə ona bu haqq yolunda uğurlar, can sağlığı diləyiblər.

Görüş iştirakçıları keçmiş vicadan məhbusundan xoş təəssüratlarla ayrılaraq, AİP sədri Hacı Mövsüm Səmədov və digər islamçı qardaşların da tezliklə ailələrinə qovuşmalarını arzulayıb, Azərbaycanda haqq və ədalətin bərqərar olması üçün dua ediblər.

Qeyd edək ki, Hacı Seyid Musarza Heydərov Əlyazmalar İnstitutunun elmi işçisidir. Elmlər namizədi, çoxsaylı tədqiqat və araşdırma məzmunlu elmi məqalələrin müəllifi olan Musarza 30 noyabr 2013-cü ildə Hacı Tale Bağırovun məhkəməsində yaranmış insident zamanı həbs olunub və Sabunçu rayon məhkəməsi islamçıya 7 ay müddətinə həbs qərarı verib. O,dünən həbs müddətinin bitdiyinə görə azadlığa çıxıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button