ArxivXəbər lentiXəbərlər

Azərbaycan investorları üçün xüsusi güzəştlər nəzərdə tutulub

İranın Azərbaycandakı səfiri Azərbaycan Respublikası investorları üçün iqtisadi güzəştlərin nəzərdə tutulmasından xəbər verib.

İRİB-nin verdiyi məlumata görə İİR-nın Azərbaycandakı səfiri Möhsün Pakayin İranın Azərbaycandakı iqtisadi siyasətlərini açıqlayarkən deyib: Azərbaycanlı investorlar İranın iqtisadi fəallar üçün nəzərdə tutduğu güzəştlərdən fauydalana bilərlrə.

Pakayin İran dövlətinin xarici investisiyaların cəlb edilməsi, iş adamları üçün müxtəlif güzəştlərdən istifadə yolu ilə ixracatın inkişaf etdirilməsi sahəsindəki proqramlarına toxunaraq deyib: Azərbaycanlı investorlar və İran mallarının idxalatçıları da həmin güzəştlərdən faydalana və İran banklarından kreditlər ala bilərlər.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri şimal-cənub dəhlizi layihəsi çərçivəsində iki ölkə dəmir yollarının biri-birinə qovuşdurulmasını hər iki ölkə üçün gəlirli layihə hesab edərək deyib: Üç ayadək Colfa-Təbriz dəmir yolunun infrasturukturu təkmilləşdiriləcək və 2016-cı ilin sonunadək qatarların Naxçıvandan İranın istənilən nöqtəsinə xüsusi ilə də Məşhəd şəhərinə gediş gəlişi təmin olunacaq.

Pakayin Azərbaycan Respublikası üçün İranın həmsərhəd vilayətləri ilə əlaqələr və əməkdaşlıqların xüsusi önəm kəsb etdiyini xatırladaraq deyib: Ənzəli, Maku və Araz azad iqtisadiyyat zonalarının fəaliyyətlərini nəzərə alaraq Azərbaycan Respublikası investorları bu zonalarda yaradılan iqtisadi imkanlar və güzəştlərdən faydalana bilərlər.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button