ArxivNardaranXəbər lentiXəbərlər

Azərbaycan hökuməti Nardaranda şiəlik simvollarını ləğv etməyə çalışır

Polisin Nardaran əhalisinə hücum etməsi ardınca, Azərbaycan hökuməti bu kənddə şiəlik simvollarını aradan qaldırmağa çalışır.

AZTV müxtəlif xalq kütlələrindən reportaj və xəbərlər yayımlamaqla hökumətin bu kəndin dindarlarına hücum etməsini və bu qəsəbə sakinlərindən bir neçə nəfərin ölməsi və yaralanmasını əsaslandıraraq çalışıb ki, şiəlik simvolları, xüsusilə də İmam Hüseyn (ə) əzası bayrağını ləğv etməyi ümumi fikrin tələbi kimi qələmə versin.
Xüsusi məqsədlə seçildiyi və prezidentin xüsusi tədbirləri ilə Azərbaycan Respublikasının inkişafına işarə etmək üçün tamamilə əsaslandırıldığı bəlli olan bu televiziyanın müsahibləri bildiriblər ki, Azərbaycan bölgədə stabil və inkişaf etmiş ölkədir və dinlərin azadlığı və tolerantlıq siyasətinə malikdir və belə şəxslərin ictimaiyyətdə fəaliyyətinə zərurət görünmür.
Bu televiziya kanalı çalışır ki, islamçıların fəaliyyətini terrorçuların hərəkətləri ilə eyni qələmə versin və bu qrupla davranmağa şərait yaratsın.
Bu telekanalın müsahibləri həmçinin bildiriblər ki, Naradaran kəndinin dövlətin siyasətindən fərqli siyasət yürütməsinə və orada Azərbaycan bayrağından başqa digər ölkələrin bayrağının dalğalanmasına ehtiyac yoxdur.
Bu ölkənin mediaları, xüsuilə də hökumət mediaları bu hadisə baş verdikdən sonra çalışıblar ki, islamçıların fəaliyyətini radikallıq və İŞİD kimi terror qruplaşmaların fəaliyyəti ilə eyni qələmə versinlər və ümumi fikirdə bu qrupa nifrət yaratsınlar.
Bu medialar müxtəlif siyasətçilər, deputatlar, ekspertlər və gənclərin iştirakı ilə çalışırlar ki, dindarlıq və dinin təlimlərini geriyə qayıtmaq və geridə qalmaq kimi qələmə versinlər.
Qeyd edək ki, 5 gün öncə Azərbaycan polisinin hücumu Müsəlman Birliyi Hərəkatının sədri Hacı Tale Bağırzadənin həbsi məqsədilə həyata keçirildi. Baş verən olayda bu kəndin 5 sakini və 2 polis öldü və bir neçə nəfər də yaralandı. İndiyə qədər bu hadisədə həlak olanların meyitləri ailələrinə təhvil verilməyib.
Bu hadisənin baş verməsi ardınca, indiyə qədər bu kəndə elektrik verilişi dayandırılıb və əhali əlaqə qurmaqda və internetə çıxışda ciddi problemlə üzləşib. Hazırda da bu kəndə giriş-çıxış çox çətinliklə və polisin yoxlaması ilə mümkündür.
Nardaran kəndi 10 min nəfərlik əhalisi ilə Bakının şimal-şərqində yerləşib və İmam Rzanın (ə) bacısı Bibi Rəhimənin (s.ə) pak məqbərəsinin bərəkəti ilə həmişə bu ölkə dindarları və möminlərinin diqqət mərkəzində durmuş və hər il min zəvvara evsahibliyi edir.
Nardaran Azərbaycan Respublikasında yeganə yerdir ki, küçələri və yolları məsumların (ə) mübarək adları ilə adlandırılmışdır və dini bayramlar və məsumların şəhadətlərinin ildönümü günləri möminlərin irimiqyaslı iştirakı ilə özünəməxsus şəkildə Bibi Rəhimənin (s.ə) pak məqbərəsinin kənarında keçirilir.
Bu kəndin əhalisi dindar ruhiyyəsinə görə həmişə hakimiyyətin təzyiqi altında olub və ətraf bölgələrin inkişafı və imkanları ilə müqayisədə ciddi fərqə malikdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button