ArxivXəbər lentiXəbərlər

Azərbaycan Ermənistanla müzakirəyə hazır olduğunu bildirdi

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Bakı Dağlıq Qarabağ münaqişəsi haqda Ermənistanın sülhsevər siyasi qrupları ilə müzakirəni davam etdirməyə hazırdır.

AzərTAc İnformasiya Agentliyinin məlumatına görə, Hikmət Hacıyev çərşənbə axşamı günü Ermənistan baş naziri Serj Sarkisyanın iqtidardan kənarlaşmasına toxunaraq əlavə edib: Sarkisyanın siyasətlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirələrində heç bir irəliləyiş əldə olunmadı.

O xatırladıb: Qarabağ münaqişəsinin dinc və sürətli həlli regional hərtərəfli əməkdaşlıqlar, sülh və stabilliyi təmin edəcək.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bildirib: Azərbaycanın Qarabağda təmas xəttində qüvvə və hərbi təchizat yerləşdirməsinə dair Ermənistanın bəzi rəsmilərinin iddiası həqiqəti əks etdirmir.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycan Respublikasına qarşı ərazi iddiasından sonra başlanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button