ArxivXəbər lentiXəbərlər

Azərbaycan enerji sektorunda İran və Rusiya ilə üçtərəfli iclasa maraqlıdır

Azərbaycan Respublikası enerji sektorunda müştərək əməkdaşlıqlar üçün İran və Rusiya ilə üçtərəfli iclasların keçirilməsinə yenidən başlanmasına maraqlı olduğunu bildirib.

Qafqaz.ir  Trend İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikası energetika nazirinin müavini Natiq Abbasov deyib: Şimal-cənub enerji dəhlizinin yaradılması həmişə bu ölkənin iş gündəmində olmuşdur.

Abbasov İran-Azərbaycan-Rusiyanın enerji sektorunda üçtərəfli layihəsinə başlamaq üzrə tranzit ölkə olaraq Azərbaycanın hazırlığını bildirib və əlavə edib: 2014-cü ildə bu barədə iclaslar keçirildi və İran və Rusiya da bu layihəni müsbət qarşıladılar.

Abbasovun sözlərinə görə, Azərbaycan Respublikası texniki baxımdan şimal və cənubda layihənin icrası üçün hazırdır.

Bundan öncə Rusiyanın energetika naziri Aleksandr Novak da Azərbaycan Respublikası və İranla enerji sistemlərinin eyniləşdirilməsində maraqlı olduğunu bildirmişdi.

Novak İran və Rusiyanın ticarət və iqtisadi əməkdaşlıq komissiyasının 12-ci iclasında İran, Rusiya və Azərbaycan Respublikasının enerji sistemlərinin birləşdirilməsi layihəsinin icrası barəsində bildirmişdi ki, bu məsələ hər üç ölkənin xeyrinədir və bu barədə müzakirə üçün 3 ölkənin məsləhəti nəzərə alınmalıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button