Xəbərlər

Azərbaycan Avropadan bərk qəzəbləndi; Avronestdə fəaliyyətini dayandırdı

Avropa Parlamenti Azərbaycandakı prezident seçkilərini tanımadığından sonra rəsmi Bakı qəzəblənərək, Avronest Parlament Assambleyasında fəaliyyətini dayandırıb.
Azərbaycan Avropadan bərk qəzəbləndi; Avronestdə fəaliyyətini dayandırdı

Avropa Parlamenti oktyabrın 23-də Avropa Qonşuluq Siyasəti üzrə qətnamə qəbul edib. Sənədin Azərbaycanda keçirilən sonuncu prezident seçkisinə aid hissəsində ATƏT-in uzunmüddətli seçki missiyasının nəticələrinə istinad edilib və təəssüflə bildirilib ki, Azərbaycandakı seçki növbəti dəfə ATƏT standartlarına uyğun gəlməyib. Bunun ardınca Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanov Avropa Parlamentinə müraciət edib.

  

Müraciətdə deyilir: “Görünür, formalaşan müşahidə missiyasının nüfuzunu görən Avropa Parlamenti Azərbaycana qarşı olan mənfur, gizli təxribat planını müşahidə missiyası üzvlərinə deməkdən çəkinib və seçkinin nəticələrini gözləyib. Seçkinin nəticələri hamıya bəllidir və mən Azərbaycandakı prezident seçkisini müşahidə edən Avropa Parlamentinin rəsmi müşahidə missiyasının qiymətləndirmə bəyanatından sitat gətirirəm: “Biz Azərbaycana dərs verməyə gəlməmişik, demokratiyanın prinsiplərini və seçkiləri müşahidə etməyə gəlmişik. Seçki azad, şəffaf, ədalətli və demokratiyaya doğru irəliləyişlə, ATƏT və Avropa Şurasının standartlarına uyğun keçirilib”.

Görünür, müşahidə missiyasının bu müsbət qiymətləndirmələrini görən Azadlıq və Vəhdət evinin rəhbərliyi bərk qəzəblənib və Avropa Parlamentinin qətnamə layihəsinə 32-ci bənd olaraq əlavə qəbul edərək seçkinin ATƏT standartlarına uyğun olmaması və ATƏT-in tələblərinin yerinə yetirilməməsi iddialarını həmin bəndə daxil edib.

Avropa Parlamentinin seçki müşahidə missiyasının qiymətləndirməsinə məhəl qoymadan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna istinad edilməsinə təkidli çağırış Azərbaycana qarşı təxribat və iğtişaş planlarının bir hissəsidir. Görünür, onlar seçkilərin müsbət qiymətləndirilməsindən sonra təxribat planlarının baş tutmamasından və Azərbaycanı Liviya və Suriyaya çevirə bilmədiklərindən çox məyus olublar. Belə bir ədalətsizliyi müstəqil ölkəyə tətbiq etmək öz müşahidə missiyasının rəyini nəzərə almadan sifarişli və qərəzli qurum olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna söykənərək böhtanlar atmaq sizlərin sovet diktaturası adlandırdığınız rejimdə belə olmayıb.

Azərbaycan nümayəndə heyəti Avropa Parlamentinin öz müşahidə missiyasının nüfuzuna ciddi zərbə vuran, təxribat və iğtişaşlara sövq edən 23 oktyabr 2013-cü il tarixli qətnaməsinin 32-ci bəndini qətiyyətlə rədd edir və araşdırmalar aparılıb müvafiq tədbirlər görülməyənə qədər bu qurumun yaratdığı Avronest Parlament Assambleyasında fəaliyyətini dayandırmaq məcburiyyətində qalır”.

irib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button