ArxivXəbər lentiXəbərlər

Azərbaycan alması satmaqda günahlandırılan 4 erməniyə cinayət işi açılıb

Ermənistana, Azərbaycan alması da daxil olmaqlaqanunsuz yolla böyük miqdarda kənd təsərrüfatı məhsulları gətirilməsi ilə bağlı cinayət işi çərçivəsində 4 nəfər saxlanıb.

Bu barədə mayın 11-də Azadlıq Radiosunun Ermənistan xidməti xəbər verir.

Onlardan ikisi (A.F və A.E) Yerevan sakini, ikisi isə (A.X və Q.T) Tavuş vilayətinin Baqrataşen icmasındandılar.

Ermənistan istintaq komitəsinin məlumatına görə, istintaq zamanı bəlli olub ki, xüsusilə Yerevan sakinləri 2017-ci ilin yanvarından aprelin 24-nə kimi müxtəlif vaxtlarda Baqartaşen gömrük məntəqəsindən Ermənistana böyük miqdarda deklarasiya edilməmiş kənd təsərrüfatı məhsulları keçiriblər.

İstintaqın məlumatına görə, onlar qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub, “Malatiya” bazarında qanunsuz məhsul satıb və buna görə vergi ödəməyiblər.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, bu günlərdə Ermənistan mətbuatındaErmənistan bazarlarında Azərbaycan alması peyda olması barədə məlumatlar peyda olub.

Xatırlatma

Ermənistan bazarlarında Azərbaycan almalarının satılması barədə məlumatlar bir neçə gün öncə sosial şəbəkələrdə ilkin olaraq yayılıb. Aprelin 23-dən başlayaraq Ermənistanın qida məhsullarının təhlükəsizliyi üzrə dövlət xidməti üç gün ölkə bazarlarında genişmiqyaslı yoxlamalar aparıb. Yoxlama zamanı Azərbaycanda yetişdirilmiş almaların satışı ilə bağlı bir sıra hallar aşkarlanıb. Bəlli olub ki, bu almalar həm paytaxt Yerevan və ölkənin, azı, beş vilayətinin iri və xırda bazarlarında, həm də meyvə-tərəvəz dükanlarında satılır.

Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycanla Ermənistan arasında iqtisadi və diplomatik əlaqələr yoxdur. (azadlıq.org)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button