ArxivXəbər lentiXəbərlər

Azərbaycan aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirildi

Azərbaycan hava yolları” QSC (AZAL) Heydər Əliyev adına beynəlxalq hava limanında və regional aeroportlarda təhlükəsizlik tədbirlərini gücləndirib

AZAL mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənskinin ANS PRESS-ə verdiyi məlumata görə, bu tədbirlər bu gün Brüsselin beynəlxalq hava limanında baş verən terror aktı fonunda “Azərbaycan hava yolları” rəhbərliyinin tapşırığına əsasən həyata keçirilir.   Aviasiya təhlükəsizliyi rejiminin gücləndirilməsi ilə bağlı ölkədəki bütün hava limanlarının təhlükəsizlik xidmətlətlərinə müvafiq tapşırıqlar verilib.   Kəsəmənski həmçinin bildirib ki, Azərbaycanın mülki aviasiya obyektləri mütəmadi yoxlanılır və plan üzrə nəzarət tədbirlərinin gücləndirilməsi həyata keçirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button