AktualAktualArxivFatimi yaşayişIslamŞeirXəbər lentiXəbərlər

Azərbaycanın tanınmış şairi: Əhli-beyt (ə) İran və Azərbaycan Respublikası şiələri arasında vəhdət yaratmışdır

 

Tanınmış şair Elşən Xəzər Əhli-beyti (ə) İran və Azərbaycan Respublikası arasında körpüyə bənzədərək deyib: “Əhli-beyt (ə) İran və Azərbaycan Respublikası şiələri arasında vəhdət yaratmışdır.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Elşən Xəzər Astara Fatimiyyə Heyəti məkanında jurnalistlərə verdiyi açıqlamasında Əhli-beyti (ə) İran və Azərbaycan Respublikası arasında körpüyə bənzədərək deyib: “Əhli-beyt (ə) İran və Azərbaycan Respublikası şiələrini öz ətrafında toplayıb və onlar arasında vəhdət yaratmışdır.”

Azərbaycan Respublikası xalqının Əhli-beytə (ə) sevgi bəsləməsini vurğulayan şair deyib: “Azərbaycan Respublikası şiələri İran İslam Respublikasında olduğu kimi Əhli-beyt (ə) bayrağı altına daxil olmağa hazırdır və lazım olan vaxt Əhli-beyt (ə) üçün göz yaşı axıtmış, matəm saxlamışdır.”

Azərbaycan Respublikasının tanınmış şairi Astara Fatiməçilər Heyətinin 20 ildir ki, əzadarlıq mərasimi keçirməsinə toxunaraq deyib: “Artıq ikinci dəfədir ki, Əhli-beyt (ə) adına təşkil edilmiş məclisdə şer oxumaq mənə nəsib olur.”

Elşən Xəzər əqidədə möhkəmliyi bəndəliyin əsas şərtlərindən olduğunu xatırladaraq deyib: “Astara İranın İmam Hüseyn (ə) aşiqləri şəhəridir və bu mədəniyyət şəhərində keçirilən əzadarlıq mərasimində iştirak etmək Azərbaycan Respublikası şiələri üçün böyük iftixardır.”

Tanınmış şair Fatiməçilər Heyəti məkanında həzrət Fatimə (ə) haqqında şer oxuyub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button