ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycanda zəlzələ olub

Tehran Universitetinin Seysmologiya Mərkəzinin verdiyi məlumata görə, yeraltı təkan 5 maqnituda da qeydə alınıb.

Həmin məlumatda əsasən Ümumdünya Vaxtı ilə saat 13:21:47-də Bakı vaxtı ilə isə 17:21:47-də qeydə alınan zəlzələ Coğrafi koordinat sistemi əsasında 38.88 coğrafi uzunluğda və 48.86 coğrafi enlikdə 26 km dərinlikdə Nərimanabaddan 2 km, Limandan 5 km və Lənkəran şəhərindən 15 km məsafədə baş verib.

 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə isə zəlzələ Lənkəran seysmik stansiyasından 16 km şimal-qərbdə, Lənkəran şəhəri, Bəliton kəndi ərazisində 18 km dərinlikdə 5.2 maqnituda qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunun Məlumatda deyilir ki, bu zəlzələ episentrdə 6 bala yaxın, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 5-3 bala qədər hiss olunub.

Hələlik Zəlzələ nəticəsində hər hansı ehtimal olunan dağıntı və ya insan xəsarəti barədə məlumat yayılmayıb.

Episentri Lənkəran ərazisində olan zəlzələ İranın Ərdəbil vilayətinin şimal şəhərləri o cümlədən Ərdəbil şəhərində də hiss olunub.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button